Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bədii gimnastika: Rusiya idmançısı qalib oldu – CANLI YAYIM

 

"Xeberinfo.com":   Gürzlərlə fərdi çıxışların da qalibi Rusiya gimnastı Yana Kudryavtseva olub. O, 19.200 xalla birinci yerə çıxıb.

Qanna Rizatdinova (Ukrayna) 18.550 xalla ikinci yeri tutub. Bürünc medala isə 18.150 xal toplayan Melitina Stanyutaya (Belarus) layiq görülüb.

Yana Kudryavtseva bu gün top ilə fərdi çıxışlarda da qızıl medala layiq görülüb, iyunun 19-da isə fərdi çoxnövçülükdə birinci yeri tutub.

Həmçinin Qanna Rizatdinova bu gün top ilə fərdi çıxışda ikinci, Melitina Stanyuta üçüncü yerə çıxıb.

Bədii gimnastika yarışı davam edir.

 

17:37

 

Akrobatika gimnastikası yarışlarında qadınlar arasında qrup - balans hərəkətləri üzrə final yarışı keçirilib.

 

Bu yarışda 28,700 xalla Belçika təmsilçiləri 1-ci, 28,550 xalla Rusiya təmsilçiləri 2-ci, 28,510 xalla Belarus idmançıları 3-cü olub.

 

***

 

Bədii gimnastika yarışlarında qrup gürzlər və halqalar üzrə final qarşılaşması keçirilib.

 

17,600 xalla Belarus təmsilçiləri birinci olub. 17,500 xal toplayan İsrail komandası 2-ci, 17,150 xal toplayan Ukrayna komandası isə 3-cü olub.

 

***

 

Bədii gimnastika yarışlarında fərdi top üzrə final qarşılaşması keçirilib.

 

18,950 xal toplayan Rusiya gimnastı Yana Kudryavtseva birinci olub.

 

Ukrayna təmsilçisi Qanna Rizatdinova 18,250 xalla ikinci, belarus gimnastı Melitina Staniouta isə 18,200 xalla 3-cü olub.

 

 

17:27

 

Qadınlardan ibarət qrupların balans və temp hərəkətlərində də final yarışları başlayıb. Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynovadan ibarət komandamız balans hərəkətlərində 27,730 xal toplayıb. Komandamız çıxışını 4-cü yerdə başa vurub. Mükafatçılar sırasında isə Belçika (28,700), Rusiya (28,550) və Belarus (28,510) öz yerlərini alınlar.

 

17:17

 

Topla hərəkətlərdə təmsilçimiz Marina Durundanən çıxışı 16,100 xalla qiymətləndirilib. Marina final mərhələsində 6-cı yerdə qərarlaşıb. Bu hərəkətdə ilk “3-lüyü rusiyalı Yana Kudryavtseva (18,950), ukraynalı Anna Rizatdinova (18,250) və belaruslu Melitina Stanyuta (18,200) təşkil edib.

 

15:53

 

Azərbaycan təmsilçilərindən yalnız Marina Durunda xalça üzərində çıxıb. 3 növdə mübarizə aparan idmançımız həlqə ilə çıxışda 17,800 xal əldə edib. O, bu nəticə ilə 5-ci yeri tutub.
 
Mükafatları isə rusiyalı Marqarita Mamun (18,850), belaruslu Melitina Stanyuta (18,500) və israilli Nata Rıvkin (18,150) qazanıb.

 

15:06

 

Bu gün Bakı 2015 I Avropa Oyunlarının bədii gimnastika yarışlarına yekun vurulacaq.

 

Publika.az xəbər verir ki, Milli Gimnastika Arenasında daha 6 dəst medal sahibini tapacaq.

 

Gimnastlar saat 14:30-da başlayacaq yarışda 6 növdə çıxış edəcək. Ayrı-ayrı alətlərlə (həlqə, lent, top, gürzlər) fərdi yarışlarda final mərhələsi ilə yanaşı, qruplar da 2 növdə qüvvəsini sınayacaq.

 

Azərbaycan təmsilçilərindən yalnız Marina Durunda xalça üzərində çıxacaq. O, 3 növdə mükafat qazanmağa çalışacaq.

 

Marina saat 14:30-da başlayacaq həlqə ilə görüşdə ilk çıxışını gerçəkləşdirəcək. Təmsilçimiz qüvvəsini 5-ci sınayacaq.

 

Topla hərəkətlərdə yarışa 16:05-də start veriləcək. Durunda 3-cü çıxış edəcək.

 

Bədii gimnastika yarışları lentlə hərəkətlə yekunlaşacaq. Saat 18:25-də başlayacaq yarışda gücünü sınayacaq sonuncu idmançı Durunda olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam