Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Mafiyanın qurbanı olan futbolçu:"Atama məni ayağımdan vuracaqlarını deyirdilər"

Mafiyanın qurbanı olan futbolçu:

 

İtaliya A seriyası təmsilçisi "Sampdoriya"nın hücumçusu Fabio Kualyarella "Bleacher Report"a açıqlamasında karyerası ilə bağlı bir çox maraqlı məqam barədə danışıb

Yenixeber.org:  35 yaşlı forvard mafiya ilə əlaqəsi barədə danışıb. O, mafiya ilə ilk tanışlığının komputerindəki məlumatların xakerlər tərəfindən oğurlanmasından sonra olduğunu bildirib. Belə ki, uşaqlıq dostu De Riso ondan kömək istəyən Kualyarellanı mafiyaya yönləndirib:

"Problem olduğunu dedikdə, De Riso bu problemi həll edəcək şəxsi bildiyini dedi. Ardınca, Fabi və Rafaellə (Neapolun mafiya üzvləri) tanış oldum. Komputerimi xilas etdikdən sonra dost belə olduq. "Napoli"yə transfer olduğum zaman yerli mafiya üzvləri mənə çox sevindiklərini dedilər".

Lakin daha sonra hücumçunun həyatını cəhənnəmə çevirəcək hadisələr yaşanmağa başlayıb. Həmin vaxt ölüm təhdidləri alan futbolçunun sözlərinə görə, vəziyyət o həddə çatıb ki, o, hətta komandasını dəyişməli olub:

"Ancaq sonradan hər şey dəyişdi. Telefonuma çılpaq qız fotoları gəlməyə başladı. Dostum nömrəmi dəyişməli olduğumu dedi. Elə də etdim. Ancaq bu dəfə də həmin fotoları evə göndərməyə başladılar. Ailəmlə qalırdım. Baş verən bu hadisələrdən onlar narahat olurdular, qorxurdular. Atama mənim evdə olmadığımı, gördükləri anda ayağımdan vuracaqlarını deyirdilər. O da narahat olur, mənə, dostlarıma zəng edir, necə olduğumla maraqlanırdı. Bir müddət keçdikdən sonra ailəm evə gələn məktublar barədə mənə məlumat verməməyə başladılar. Narahat olmağımı istəmirdilər. Mənim azyaşlı qızlarla birlikdə olduğumu, narkotikdən istifadə etdiyimi bildirir, internetdə müxtəlif videolar yayırdılar. Gerçək isə tam fərqli idi. Nəhayət, mənə göndərilən hər şeyi bir qovluğa yığaraq, polisə müraciət etdim. Polis filmlərindəki kimi.

Ayrıla bilməzdim, klubla müqaviləm var idi. Ancaq vəziyyət getdikcə pisləşirdi. Ailəmə görə narahat idim. Buna görə, 2010-cu ildə "Yuventus"a transfer oldum. Bundan sonra isə Neapolda hamı mənə nifrət etməyə başladı. Onların gözündə idol olduğum halda, xainə çevrilmişdim. Evə yanmış formalarım gəlməyə başladı. Məşqə çıxarkən ağlım Neapoldakı ailəmin yanında qalırdı. Onlara hələ də çılpaq qız fotoları gəlməyə davam edirdi. Hətta bir dəfə kiçik oğlumun fotosunu da bura əlavə etmişdilər".

Ancaq polis nəhayət, Kualyerellanın həyatını cəhənnəmə çevirən şəxsləri tapmağa nail olur. Bu, futbolçunun "mafiyadan olan dostlarım" dediyi şəxslər imiş.

Xatırladaq ki, əslən Neapoldan olan Kualyarella, 2009/10 mövsümündə "Napoli"nin şərəfini qoruyub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam