Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İranlı güləşçi 6 ay müddətinə diskvalifikasiya edildi

İranlı güləşçi 6 ay müddətinə diskvalifikasiya edildi

 

 

İranlı güləşçi Alireza Kərimi 6 ay müddətinə diskvalifikasiya edilib

 

Yenixeber.org: Bu barədə Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi qərar verib. 

Kərimi 2017-ci ildə Polşanın Bıdqoş şəhərində 23 yaşadək güləşçilər arasındakı dünya çempionatında israilli rəqiblə üz-üzə gəlməməkdən ötrü qəsdən uduzduğu üçün cəzalandırılıb. Onunla yanaşı, şəxsi məşqçisi Həmidrza Cəmşidi 2 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

Həmin mundialda 86 kq çəki dərəcəsində çıxış etmiş sərbəst güləşçinin 1/4 finalda rusiyalı Əlixan Cəbrayılova uduzması araşdırılıb. Müəyyən edilib ki, Cəmşidi ikiqat Asiya çempionu və dünya çempionatının bürünc mükafatçısı olan yetirməsinə Cəbrayılova uduzması üçün göstəriş verib. Halbuki Kərimi qalib gəlsəydi, yarımfinalda israilli Uri Kalaşnikovla qarşılaşacaqdı. İranlı məşqçi və güləşçi UWW-nin İntizam Kodeksini birbaşa pozmaqda günahkar bilinib.

Kərimi İran mətbuatına açıqlamasında məşqçisindən göstəriş aldığını təsdiqləyib: "Cəbrayılovla görüşdə 3:2 hesabı ilə irəlidə idim. Bu zaman məşqçim mənə qəsdən məğlub olmağı söylədi. Həmin an mənim üçün dünyanın sonu yetişdi. Dünya çempionu olmaq üçün aylarla çalışmışdım. Dünya çempionluğu hər birimiz üçün yeganə xoşbəxtlikdir".

İran hökuməti isə 24 yaşlı güləşçini qürur mənbəyi adlandırıb. İran Güləş Federasiyası da onu qəhrəman kimi təqdim edib. Öz növbəsində, Kərimi onun addımını yüksək dəyərləndirən ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam