Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daniel Rikkardo:Ümid edirəm ki, Bakıda təkrar qələbə qazanacam

Daniel Rikkardo:

 

Mən apreldə yenidən Bakıya gəlməyi səbirsizliklə gözləyirəm və ümid edirəm ki, burada bu dəfə yarışa daha ön sıralarda başlayaraq təkrar qələbə qazanacağam

 

Yenixeber.org: Bunu Formula-1 Azərbaycan Qran-Prisinin qalibi, “Red Bull” komandasının pilotu Daniel Rikkardo jurnalistlərə açıqlamasında deyib.

D.Rikkardo yenidən Bakıda olmaqdan böyük məmnunluq duyduğunu bildirib: “Bu gün Bakıda olduğuma görə çox şadam. Bildiyiniz kimi, artıq yarış mövsümü başa çatdı və bu mövsüm ərzində ən xoşbəxt anları yaşadığım yerdə yenidən olmaq, həqiqətən də, çox möhtəşəmdir. Mən indiyədək belə maraqlı keçən yarışda iştirak etməmişəm.

Yarışa 10-cu yerdə başladım, sonra arxa sıralara gerilədim və yarışın sonunda ən önə keçərək qələbə qazandım. Bu, hər bir pilotun arzusunda olduğu möhtəşəm yarış idi. Eyni zamanda, bu yarış çox əyləncəli idi. Bu Qran-Pri ən çox sevdiyim yarışlardan birinə çevrilib. Mən şəhər treklərində yarışmağı sevirəm və bu trek olduqca sürətlidir. Burada olduğum hər səfərdə - bu gün də daxil olmaqla – böyük mehribanlıq və qonaqpərvərliklə qarşılanmışam. Bu şəhər çox gözəldir və burada avtoidman azarkeşlərinə təqdim edə biləcəyimiz bütün gözəlliklər mövcuddur.”

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam