Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əfsanəvi idmançı yenidən əməliyyat olundu– Həyatına təhlükə davam edir

Ağır atletika tarixində ilk üçqat olimpiya, yeddiqat dünya çempionu Naim Süleymanoğlunun səhhəti ağırlaşıb.

Yenixeber.org:  “Hürriyyət” qəzetinə istinadən yayılan xəbərə görə, bir müddət əvvəl qara ciyəri dəyişdirilən 50 yaşlı Süleymanoğlu dünən beyin qanaması keçirdiyi üçün təcili əməliyyat edilib.

1 saat 30 dəqiqə davam edən əməliyyatdan sonra o, reanimasiyaya yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, sabiq idmançının hazırda durumu sabit olsa da, həyati təhlükəsi davam edir.

Əməliyyatdan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Süleymanoğlunun ailə üzvləri ilə telefonla danışdığı və onun səhhəti barədə məlumat aldığı bildirilib.

Qeyd edək ki, Naim Süleymanğolu həmçinin 46 dəfə dünya rekordu müəyyənləşdirib. O, ağır atletika tarixində indiyədək ən çox titulu olan idmançıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam