Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycanlı güləşçiyə ev verildi

Azərbaycanlı güləşçiyə ev verildi

 

Üçqat Dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı, Abşeron güləş məktəbinin yetirməsi Hacı Əliyevə mükafat olaraq yeni mənzilin orderi təqdim edilib

 

Yenixeber.org: Bu münasibətlə keçirilən görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin bu gün ölkəmizdə, eləcə də, Abşeron rayonunda uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, Abşeron rayonunda idmana göstərilən diqqət və qayğı, bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi müsbət nəticələrin əldə olunmasına şərait yaradıb. Məhz görülən işlərin nəticəsidir ki, indi Abşeron idmançıları müxtəlif səviyyəli idman yarışlarına qatılır, ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edirlər. Gənc idmançı, sərbəst güləş üzrə Avropa və dünya çempionu Hacı Əliyevin simasında biz bunu bir daha görürük.

İradə Gülməmmədova beynəlxalq yarışlarda qazandığı nailiyyətlərə görə idmançını təbrik edib, ona gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Gənc idmançı Hacı Əliyev yeni mənzillə təmin olunduğuna görə rayon rəhbərliyinə minnətdarlığını bildirib, bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəyini vurğulayıb.

Sonra mənzilin orderi Hacı Əliyevə təqdim edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam