Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan cüdoçusu dünya birinciliyinin qalibi olub– FOTO

Azərbaycan cüdoçusu dünya birinciliyinin qalibi olub

 

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənc cüdoçular arasında keçirilən dünya birinciliyi davam edir

 

Yenixeber.org: Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, mötəbər yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hidayət Heydərov Yaponiya, İtaliya, Qazaxıstan, Gürcüstan və Türkiyədən olan rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə çıxıb. Azərbaycan cüdoçusuna dünya birinciliyinin qızıl medalı təqdim olunub və Zaqrebdə onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Qızların yarışında 52 kq çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova isə dünya birinciliyinin bürünc medalını qazanıb. Mərakeş, İspaniya, Rumıniya, Monqolustan cüdoçularına qalib gələn Nəzakət yalnız yapon rəqibinə uduzaraq 3-cü yeri tutub.

Xatırladaq ki, yarışın ilk günü Natiq Qurbanlı (55 kq) və Kəramət Hüseynov (60 kq) gümüş medal əldə ediblər.

Qeyd edək ki, 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam