Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avropa Liqasının qrup mərhələsi: “Qarabağ” – “Slovan” - 2:2

Bu gün  Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

Xeberinfo.com: Məlumata görə , komanda “Dalğa Arena”da Çexiyanın “Slovan” klubunu qəbul edib.

“Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Dino Ndlovu, Miçel, Reynaldo, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqoli, Elvin Yuniszadə və Dani Kintana yer alıblar.

Çexiya təmsilçisinin heyətində isə meydana Martin Dubravka, Radim Breyte, Vladimir Kufal, Yan Sikora, Zdenek Folprext, David Qovorka, Eqon Vuç, Daniel Bartl, Lukaş Bartoşak, Milan Baroş və Martin Latka çıxıblar.

İsveçrəli baş hakim Stefan Klossnerin idarə etdiyi oyunun 1-ci dəqiqəsində “Slovan”ın futbolçusu Yan Sikora hesabı açıb. Altı dəqiqə sonra “Qarabağ”ın futbolçusu Miçel hesabı bərabərləşdirib. Komandaların cəhdlərinə baxmayaraq ilk hissə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İkinci hissəyə fəal başlayan “Qarabağ” rəqib qapısı qarşısında bir neçə dəfə təhlükəli vəziyyət yaradıb. Lakin görüşdə növbəti qolu 68-ci dəqiqədə “Slovan” vurub. Milan Baroş ikinci topu “Qarabağ”ın qapısından keçirib. Qoldan sonra təşəbbüsü tamamilə ələ alan ağdamlılar matçın əsas vaxtına əlavə olunan hissənin 2-ci dəqiqəsində hesabı bərabərləşdiriblər. Rəşad Sadıqov gözəl zərbə ilə adını tabloya yazdırıb – 2:2

Beləliklə, görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

“Qarabağ” növbəti görüşünü sentyabrın 29-da səfərdə İtaliyanın “Fiorentina” komandasına qarşı keçirəcək.

“J” qrupunun digər oyununda Yunanıstanın PAOK komandası doğma meydanda İtaliyanın “Fiorentina” klubunu qəbul edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam