Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Avropa Qran Prisi Azərbaycana gələn il gəlir gətirəcək”

9822d0f4-6cb1-4116-bd5e-1821d3e8a61d_292

 

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinin keçirilməsi üçün maliyyə planlarından danışıb.

Xeberinfo.com:  Məlumata görə, nazir “Sovetskiy Sport”a açıqlamasında bu layihənin hökumətinin xüsusi nəzarəti altında olduğunu vurğulayıb.
A.Rəhimov deyib ki, Avropa Qran Prisinin keçirilməsinə böyük məbləğdə özəl investisiya qoyulmayıb. Təşkilat Komitəsinin sədri qoyduqları vəsaitin gələcəkdə turizm hesabına geri qayıdacağına ümid etdiyini bildirib: “Formula 1-in keçirildiyi şəhər trası yeni təyinat məntəqələrindən biri kimi Bakıya turistlərin diqqətini cəlb etmək imkanı verir. Hədəfimizə çatacağımıza və Formula 1-in təşkilinə qoyulan vəsaitin gələcəkdə turizm hesabına geri qayıdacağına ümidvarıq. Hesablama sadədir. 18,5 min nəfərlik oturacaq quraşdırılıb, 30 minədək bilet satışa çıxarılıb. Biletlərin 10 mini azad yerləşmə məkanları üçün nəzərdə tutulub. Yürüş ərəfəsində biləcəyik ki, nə qədər bilet hansı qiymətə satılıb və gəlirimizi çıxaracağıq. İkincisi turizmdən gəlirdir. Burada da hesablama apara bilərik. Bu, Bakı hotellərində 12-14 min nəfərlik yerlərdir. Üstəlik, bilirəm ki, villa və apartamentlər də icarəyə götürürlər. Yəqin ki, biz 15-16 min turist barədə danışa bilərik. Biletlər, hotellər, yemək və nəqliyyat xərclərini orta məbləğdən hesablayırıq. Bunlar iqtisadiyyata, vergilərə təkandır. Əlbəttə, bu il xərclədiyimiz vəsaiti qaytara bilməyəcəyik. Amma gələn il hər şeyin hazır vəziyyətdə olacağını, asfalt qatının dəyişdirilməyəcəyini nəzərə alaraq, ümidvaram ki, gəlir götürə biləcəyik”.
Qeyd edək ki, Avropa Qran Prisi 1983-cü ildən keçirilməyə başlayır. Əvvəllər bu yürüş İspaniya, Almaniya və Böyük Britaniyanın 5 müxtəlif trasında baş tutub. Avropa Qran Prisi 3 illik fasilədən sonra Formula 1 təqviminə qayıdıb və 17 – 19 iyunda Bakının mərkəzi küçələrində təşkil olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam