Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qazaxıstanla qarşılaşacaq millmizin start heyəti açıqlanıb - FOTOLAR

Qazaxıstanla qarşılaşacaq millmizin start heyəti açıqlanıb (FOTOLAR)

 

 

Bu gün Qazaxıstan yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Azərbaycan yığmasının start heyəti müəyyənləşib.
 
Xeberinfo.com:  Apasport.az saytının məlumatına görə, baş məşqçi Robert Prosineçki “11-lik”də bəzi yeniliklərə əl atıb.
 
Antalyada keçiriləcək matçda ilk dəqiqələrdən çərçivəni Kamran Ağayev qoruyacaq. Müdafiənin mərkəzi “Qarabağ”lı cütlük Rəşad Sadıqov və Bədavi Hüseynova tapşırılacaq. Sağda Maksim Medvedev, solda isə Arif Daşdəmirov çıxış edəcək.
 
Dayaq yarımmüdafiəçisi mövqeyində Qara Qarayev meydana çıxacaq. Onun önündə Araz Abdullayev və Dmitri Nazarov yer alacaqlar. Əfran İsmayılov yarımmüdafiənin sağ, Ağabala Ramazanov sol cinahında çıxış edəcək.
 
Hücumun sivri ucunda isə Ruslan Qurbanov qol axtarışında olacaq.
 
Ən diqqətçəkən məqam Araz Abdullayevin yarımmüdafiənin mərkəzində çıxış etməsi və Ağabala Ramazanovun start heyətinə düşməsidir.
 
Qeyd edək ki, Azərbaycan – Qazaxıstan oyunu bu gün, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.





















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam