Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

UEFA Putinə görə "Lokomotiv"i cəzalandıracaq

UEFA Putinə görə

 

 

 
UEFA yarımmüdafiəçi Dmitri Tarasovun geyindiyi formaya görə Rusiyanın `Lokomativ` klubunu cəzalandıracaq.
Xeberinfo.com:   Məlumata görə, onun köynəyinin üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli əks olunub.
Tarasov ötən gün İstanbulda `Fənərbağça` klubu ilə keçirilən oyundan sonra futbol formasını əynindən çıxarıb. Onun futbol geyiminin altında Putinin portreti və `Ən nəzakətli prezident` yazısı qeyd olunub. 
Futbolçu bu hərəkətini ölkə başçısına dəstəyini ifadə etmək üçün etdiyini bildirib: “Bu, mənim prezidentimdir. Mən ona hörmət edirəm və onu hər yerdə dəstəkləməyə hazıram”. 
 
Qeyd edək ki, UEFA futbol oyunları zamanı siyasi aksiyaların keçirilməsini qadağan edib. 
Ötən gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunlarına start verilib.
İlk oyun günündə "Fənərbağça" "Lokomotiv"i (Moskva) qəbul edib. Oyunun 18-ci dəqiqəsində “Fənərbaxça” təmsilçisi Souza oyunda hesabı açıb. İlk hissə türklərin üstünlüyü ilə başa çatıb. İkinci hissə də Türkiyə təmsilçisinin üstünlüyü ilə keçib. 72-ci dəqiqədə Souza türkləri ikinci dəfə sevindirib. Bu, matçda sonuncu qol olub. Qalmaqallı görüş Türkiyə klubunun 2:0 hesablı qələbsi ilə başa çatıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam