Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Neftçi” bəyanat yaydı: İşdən öz xahişləri ilə çıxıblar

 

“Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayevin şəxsi feysbuk səhifəsində etdiyi paylaşım son günlərdə ölkənin idman mediasında müzakirə mövzusuna çevrilib.

 

Xeberinfo.com:  Məlumata görə, mövcud vəziyyətə aydınlıq gətirmək və ictimaiyyəti məlumatlandırmaq məqsədilə “Neftçi” PFK bəyanat yayıb.

 

Bildirilir ki, Çingiz Abdullayev bir sıra ictimai təşkilatlara rəhbərlik etməklə yanaşı, “Neftçi”nin Müşahidə Şurasının sədridi. Onun feysbukdakı paylaşımında yer alan “4 uşaq atasının ixtisara salınması haqqında sənədə qol çəkə bilməzdim” fikrinin “Neftçi”yə heç bir aidiyyatı yoxdu. Bu məsələdə klubun adının hallandırılması düzgün deyil.

 

Həmçinin qeyd olunub ki, “Neftçi”də işçilərin işə qəbul edilməsi və yaxud onların işdən kənarlaşdırılmasının klubun Müşahidə Şurasının sədrinin və üzvlərinin səlahiyyətlərinə daxil olmadığı, Müşahidə Şurasının klubun işçi ştatı və struktur cədvəlini təsdiq etdiyi göstərilir.

 

Bəyanatda klubun yeməkxanasındakı 5 əməkdaşın işdən kənarlaşdırılması haqqında deyilənlərin tam əsassız olduğu göstərilib. Bildirilir ki, yeməkxanada çalışan 5 yox, 2 əməkdaş (aşpaz və mətbəx üzrə cavabdeh şəxs) 30.04.2015-ci il tarixində məhz öz xahişləri ilə işdən çıxıblar.

 

Bundan əlavə, “Neftçi”nin komanda üzvlərinin və işçilərin qida təminatını həyata keçirmək və eyni zamanda maliyyə xərclərinin optimallaşdırılması məqsədi ilə qida təminatçısı olan podratçı şirkətlə müqavilə imzaladığı qeyd olunub. Nəticədə qida üçün ayrılan maliyyə vəsaitinə qənaət edilməsi ilə yanaşı, klubun bazasında bütün əməkdaşların yeməklə təminatı mümkün olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam