Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Qəbələ" və "Azal" jurnalistin ölümü ilə bağlı açıqlama verdi

 

“Jurnalist Rasim Əliyevin ölümündə şübhəli bilinən Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılovun “Azal” futbol klubu ilə heç bir bağlılığı yoxdur”.
"Xeberinfo.com":   Məlumata görə, bunu Trend-ə açıqlamasında klubun mətbuat katibi Eldəniz Yusifov deyib.
O, bir sıra media orqanlarının E.İsmayılovu adıçəkilən klubun futbolçusu kimi təqdim etmələrinin düzgün olmadığını qeyd edib və məsələyə aydınlıq gətirib: “2015-ci ilin yanvarında bizim klubun əvəzedici heyətində oynayıb. Lakin rəhbərliyin komandanı yenidən qurmaq tapşırığından sonra baş məşqçinin təqdimatı əsasında E.İsmayılov klubdan çıxarılıb. Onunla yanaşı bir neçə futbolçu da öz oyunları ilə baş məqşçinin ümidlərini doğrultmadığndan komandamız onlarla yollarını ayırıb. Rəsmi olaraq iyulun 2-dən adı çəkilən futbolçu ilə bizim heç bir bağlılığımız qalmayıb”.
“Azal” klubu ilə yanaşı “Qəbələ” klubu da E.İsmayılovla bağlı bəyanat verib.

Bəyanatda jurnalist R.Əliyevin öldürülməsinə görə təqsirləndirilən və hüquq-muhafizə orqanları tərəfindən saxlanılan E.İsmayılovun “Qəbələ”nin əvəzedici komandasının üzvü olduğu bildirilir.
Belə ki, 2013-cü ilin iyul ayının 20-i perspektiv vəd edən futbolçu kimi “Qəbələ”nin əvəzedici komandasına cəlb olunan E.İsmayılov cəmi 6 ay əvəzedicilərin heyətində olub, ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılıb.
Xatırladaq ki, həmin zaman C.Hüseynov “Qəbələ” də çıxış etmirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam