Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İdmançımız tayboks üzrə dünya çempionu oldu

 

Oktyabrın 10-da Rusiyanın Belqorod şəhərində tayboks (Muay tay) üzrə beynəlxalq turnir - GBC (Golden Bars Championship) çempionatı keçirilib.

"Xeberinfo.com":   Məlumata görə, yeddi qarşılaşmanın keçirildiyi idman gecəsinin əsas hadisəsi 77 kiloqramadək çəki dərəcəsində dünya çempionu titulu uğrunda döyüş olub.

 

Titullu döyüşə "professor" ləqəbli Alim Nəbiyev və Patrik Madis çıxıb. Döyüş günü Alimin 21 yaşı tamam olub. O, döyüş ərzində rəqibindən üstün olub və hətta rəqibini nokdauna da göndərib. Sonda fransalı idmançı dünya çempionu kəmərini azərbaycanlı gənc tayboks ustasına uduzub və Alim Nəbiyev dünya çempionu titulunu qazanıb.

 

Milliyətcə azərbaycanlı olan Alim Nəbiyev Gürcüstanda doğulub. Uzun müddət Ukraynada yaşayıb, iki il bundan öncə isə Rusiyaya köçüb. Bu səbəbdən o rinqə üzərində üç ölkə - Azərbaycan, Ukrayna və Rusiya bayrağı olan şort ilə çıxır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam