Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İdman gimnastikası: Bir medal da Stepkodan gəldi - CANLI YAYIM

 

İdman gimnastikasında final yarışları davam edir.

 

"Xeberinfo.com":   Qadınlar arasında keçirilən dayaqla tullanma yarışlarının qalibləri məlum olub. İsveçrəli idmançı Giulia Steinqruber 14,999 xalla bütün rəqiblərini qabaqlayaraq Avropa Oyuunlarının qızıl medalını qazanıb. Gümüş medalı isə Rusiya idmançısı, əslən erməni olan Seda Tutxalyan qazanıb. O, 14,683 xal toplaya bilib. Bürünc medalın sahibi isə Hollandiya idmançısı olub. 18 yaşlı Lisa Top 14,016 xal toplayaraq turniri üçüncü başa vurub.

 

İdman gimnastikası üzrə kişilər arasında keçirilən gimnastika atı yarışlarının qalibləri məlum olub.

 

Qızıl medalı 14,966 xalla Slovakiya idmançısı Saso Bertonlej qazanıb. Turnirin gümüş medalını isə həmyerlimiz Oleq Stepko qazanıb. Idmançımız 14,600 xallıq nəticə göstərərək Avropa Oyunlarının gümüş medalına sahiblənib.

 

Üçüncü yeri isə Böyük Britaniya idmançısı qazanıb. Brinn Bevan 14,200 xal toplayaraq bürünc medalla kifayətlənib.

 

16:32

 

İdman gimnastikası üzrə kişilər arasında sərbəst hərəkətlər yarışlarının qalibi bəlli olub.

 

Məlumata görə, İspaniya təmsilçisi Zapata Santana 15,333 xal toplayaraq I Avropa Oyunlarının qızıl medalını qazanıb.

 

İkinci yeri 15,100 xalla 27 yaşlı Almaniya təmsilçisi Fabian Hambuexen tutub. Bürünc medalı isə 1500 xalla Rusiya idmançısı David Belyavski qazanıb.

 

16:11

 

Azərbaycanı Bakı 2015 I Avropa Oyunlarında təmsil edən Oleq Stepko bu gün idman gimnastikası üzrə daha 4 medal uğrunda mübarizə aparacaq.

 

 21 yaşlı idmançı əvvəlcə gimnastika atında məharətini göstərəcək. Saat 16:30-da başlanacaq final mərhələsində onun rəqibləri Slavomir Miçnak (Slovakiya), Oleq Vernyayev (Ukrayna), David Belyavski (Rusiya), Brinn Bevan (Böyük Britaniya) və Saso Bartonsel (Sloveniya) olacaq.

 

Saat 17:24-də O.Stepko halqalarla hərəkət üzrə final mərhələsində çıxış edəcək. Rəqiblər Nikita İqnatyev (Rusiya), İqor Radivilov (Ukrayna), İbrahim Colak (Türkiyə), Gilom Auqulyaro (Fransa) və Elefterios Petrunias (Yunanıstan) olacaq.

 

Saat 17:51-də başlanacaq dayaqla tullanma yarışının final mərhələsində rəqiblər Kazimir Şmidt (Hollandiya), Ferhat Arıcan (Türkiyə), Kristian Bataqa (Rumıniya), Tomi Tuuha (Finlandiya) və Oleq Vernyayev (Ukrayna) olacaq.

 

Saat 18:52-də paralel qollarda final mərhələsi başlanacaq. O.Stepko bu dəfə Aksel Oqis (Fransa), Ferhat Arıcan (Türkiyə), Oleq Vernyayev (Ukrayna), Mariuş Berbekar (Rumıniya) və David Belyavski (Rusiya) ilə yarışacaq.

 

Qeyd edək ki, Oleq Stepko “Bakı 2015”də fərdi çoxnövçülükdə gümüş, komanda yarışında isə bürünc medal qazanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam