Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bakı 2015"-in məşəli Neft daşlarında

 

Bakı 2015 İlk Avropa Oyunlarının başlanmasına az vaxt qalır. Ölkəmizi gəzib-dolaşan birinci Avropa Oyunlarının məşəli bölgələrdə səyahətini başa vurduqdan sonra dünyada dənizdə ilk neft platforması olan Neft daşlarına aparılıb.

 

"Xeberinfo.com":   Məlumata görə, İlk Avropa Oyunlarının məşəli helikopterlə Bakının Pirallahı rayonunun ərazisində yerləşən və dünyada ilk neft platforması olan Neft daşlarına gətirilib.

 

Neft daşlarında Oyunların məşəlini əməkdar neftçi, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə qəbul etdi. Neft daşları qəsəbəsinin sakinləri və dəniz neftçiləri İlk Avropa Oyunlarının məşəlini böyük sevinc hissi ilə qarşıladılar.

 

Oyunların məşəli Neft daşları qəsəbəsini dolaşaraq burada qurulmuş səhnəyə gətirildi.

 

Daha sonra əməkdar neftçi Xoşbəxt Yusifzadə məşəli alovlandırdı.

 

Akademik Xoşbəxt Yusifzadə ölkəmizin “Bakı-2015” ilk Avropa Oyunları kimi mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etməsinə görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkürünü bildirdi.

 

Birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatanadək saxlanılması üçün Neft daşları qəsəbəsinə təhvil verildi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam