Redaktor seçimi
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Günün xəbəri

“Çalışırıq ki, “Qarabağ” – “Molde” matçı Bakıda keçirilsin” –Elxan Məmmədov

“Püşkə əsasən, oyun Bakıda olmalıdır. Lakin müxtəlif ölkələrdə fərqli-fərqli qaydalar tətbiq olunur. Bunu nəzərə alaraq, əlavə danışıqlar aparılır”. 

Yenixeber.org: Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Qarabağ” və Norveçin “Molde” komandaları arasında keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunu ətrafında yaranmış situasiyanı şərh edərkən deyib.

Milli assosiasiya rəsmisi oyunun Azərbaycan paytaxtında təşkili üçün Ağdam təmsilçisi ilə birgə çalışdıqlarını diqqətə çatdırıb: “AFFA, “Qarabağ” rəhbərliyi və nümayəndələri gün ərzində bir neçə dəfə UEFA, Norveç Futbol Federasiyası və “Molde” rəsmiləri ilə danışıqlar aparırlar. Hələ oyunun məkanı ilə bağlı qərar verilməyib. Çünki Norveçdə fərqli karantin rejimi tətbiq olunmaqdadır. Ümidvaram ki, tezliklə müvafiq qərar qəbul ediləcək”.

Qeyd edək ki, “Molde” Azərbaycandan dönüşdə Norveçdə 10 günlük karantinlə üzləşəcəyini əsas gətirərək, “Qarabağ”la matçın neytral meydanda keçirilməsi xahişi ilə UEFA-ya müraciət ünvanlayıb. Avropa futbol qurumu hələlik oyunun konkret tarixi və məkanı ilə bağlı qərar qəbul etməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam