Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazir də stadionun çökmə xəbərindən danışdı

 

Gənclər və idman naziri Azad Rəhimov da Bakı Olimpiya stadionunun çökməsi ilə bağlı yayılan məlumatlara aydnlıq gətirib.

"Xeberinfo.com":  "Qafqazinfo"-nun xəbərinə görə, nazir bildirib ki, Olimpiya stadionunda gözәl işlәr aparılır:"Stadionda yüzlərlə insan işlәyir. Әgәr hansısa bir problem yaransaydı, heç kim orada işlәmәzdi. Bu xəbərlər Azәrbaycanda keçirilәn Avropa oyunlarına zәrbә vurmaq üçündür. Azәrbaycanda şayiәlәr çoxdur. Bu da onlardan biridir".

Azad Rәhimov ermәnilәrin Avropa oyunlarında iştirakı ilә bağlı sualı da cavablandırıb. O bildirib ki, Avropanın bütün ölkәlәri Bakıya dəvətlidir: "Biz bütün komandaları vә onların bura gәlәn idmançılarının sayını izlәyirik. Eşitdim ki, ermәnilәrin yunan-roma gülәşçilәri vә gimnastları Azәrbaycana gәlmәk istәmir. Dünәn Ermәnistan Milli Olimpiya Komitәsi dә iclas keçirib vә qәrar qәbul edib ki, ermәni idmançıları Avropa oyunlarında iştirak etmәkdә sәrbәstdir".

Virtualaz.org xatırladır ki, stadionun çökməsi xəbərinə A.Rəhimovdan əvvəl ARDNŞ-in və AFFA-nın prezidenti Rövnəq Abdullayev də münasibət bildirmişdi: "Hamısı boş şeydir, şayiədir. Kimlərsə Bakıda keçiriləcək I Avropa Oyunlarına kölgə salmaq istəyir. Mən də bu şayiələri eşitdim. Bu, Azərbaycanda təşkil olunacaq nüfuzlu yarışa növbəti dəfə qara yaxmaq cəhdidir".

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam