Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Məhkum ağzını tikib aclıq edir”

 

1 saylı cəzaçəkmə müəssisəsində məhbus Elşən Paşayev martın 2-də ağzını tikərək müddətsiz aclığa başlayıb. O cəzaçəkmə müəssisəsində təzyiqlərə və qeyri-insani rəftara məruz qalmasına etiraz edir.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Amerikanın Səsinə məhbusun anası Lidya Mirzəliyeva məlumat verib.
“Oğlum öyrədilmiş məhbuslar tərəfindən fiziki, mənəvi təzyiqlərə, qeyri-insani rəftara məruz qalır. Durduğu yerdə oğlumu itələyirlər, üzünə tüpürürlər, təhqiredici söyüşlər söyürlər. İstəyirlər ki, oğlum onlara cavab versin və şərləyib cinayət işi qaldırsınlar”, o qeyd edib.
Elşən Paşayev Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə həbs edilib. O 12 il müddətinə məhkum edilib və cəzasının artıq 10 ilini çəkib.
Paşayev cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilıə bağlı məhkəməyə müraciət edib. Onun müraciətinə fevralın 24-də baxılıb. Cəzaçəkmə müəssisəsi ona müsbət xarakteristika verməyib.
Lida Mirzəyeva oğluna qarşı ittihamın düzgün verilmədiyini deyir. Ölüxananın (Morq) kitabında həmin şəxsin spirtli içkidən vəfat etdiyi yazılıb. “Müxtəlif instansiyalara şikayətlər etmişəm. Şikayətim nəzərə alınmır”, o qeyd edib.
Öz növbəsində, Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirir ki, adı qeyd olunan məhkum aclıq aksiyası keçirməsi ilə bağlı müəssisə rəhbərliyinə ərizə ilə müraciət etməyib.
“Məhkum Paşayev Elşənin fiziki durumu və sağlamlığı ilə bağlı problemi yoxdur və aclıq aksiyası keçirməsi barədə məlumatlar həqiqəti əks etdirmir”, cavabda qeyd edilir.

Azpolitika


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam