Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ət yenidən bahalaşdı – 8 manat

 

“Bir müddət əvvəl ətin qiyməti aşağı ensə də, dolların məzənnəsi qalxan kimi ət də bahalaşaraq, 8 manat olub. Əslində ətin qiymətinin aşağı salınmasının iqtisadi əsasları yox idi. Bu, yalnız yem bazasının tükənməsilə bağlı idi. Bu gün isə ətin yenidən ucuzlaşmasından söhbət gedə bilməz”. 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Modern.az-a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib. Mütəxəssis hazırda yarmarkalarda satılan ətin qiyməti və keyfiyyəti məsələsinə də toxunub: “Yarmarkalarda 5 manata təklif edilən ət olduqca keyfiyyətsizdir. Bunlar qoca inək və camış ətidir, keyfiyyəti aşağı olduğu üçün ucuz satılır.

Əslində o ətlər keyfiyyət baxımından 1,5 - 2 manata satılmalıdır. Bu ətlər rayonlardan gətirilir. Çünki xaricdən qoca heyvanı alıb gətirmək riskdir. Bu heyvanlar bir ölkədən digərinə nəql olunmaq üçün dözümlü deyil, yolda tələf olma ehtimalı çoxdur. Yarmarkalarda satılan süd istehsalı üçün yararsız, xəsarət almış, xəstə inəklər və camışların ətidir. Rayonlarda istehlakçılar tərəfindən həmin ətlər tələb olunmur, çünki ordakı əhali ət seçməyi bacarır”.

Ekspertin sözlərinə görə, həmin ətlər ayrı-ayrı məmurların əli ilə yarmarakalara daxil olur: “Bizim işbazlar keyfiyyətsiz əti bu sahəyə məxsus məmurların, yarmarkanın təşkilatçılarının himayəsi altında vətəndaşlara satırlar.

Ancaq ayrı-ayrı qəssabların ət dükanlarında müştərilərə təklif etdiyi daha cavan heyvanın əti olduğu üçün daha keyfiyyətli və bahadır.

Bundan sonra ətin qiymətinin ucuzlaşma ehtimalına gəldikdə, deyə bilərəm ki, ciddi enmə gözlənilmir. Çünki Azərbaycanda heyvanların sayı kəskin azalıb. Kifayət qədər heyvan yem ehtiyatı görülmədiyi üçün kəsimə verilib. “Ona görə ət ucuzlaşacaq” fikrinin iqtisadi əsası yoxdur. Azərbaycanda ət istehsalı baha başa gəlir, istehsalla məşğul olanlar da gəlir əldə etmək istəyirlər. Heç kəs əlində olan məhsulu özünə zərər vuraraq təklif etməz”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam