Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mingəçevirdə evi qanunsuz tərk edən -koronavirus xəstəsinə cinayət işi başlanıldı

Mingəçevirdə evi qanunsuz tərk edən koronavirus xəstəsinə cinayət işi başlanıldı

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə, məlum olub ki, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yaqub Rəhimov ev şəraitində müalicə alsa da, ancaq o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

Dərhal şəhər ərazisində onun olduğu əraziyə həkim briqadası dəvət edilib. Həmin şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək yaşadığı ünvana  aparılıb.

Mingəçevir Şəhər Polis Şöbəsində Y.Rəhimov barəsində Cinayət Məcəlləsinin 139.1-1-ci  maddəsi ilə cinayət işi başlanılıb və o, polis nəzarətinə götürülüb. 

Hazırda Y.Rəhimovun əlaqədə olduğu şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam