Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Həbsxanada silikon əməliyyatı necə olub?

 

Ekspertlər hesab edir ki, ANS-ə çıxan hər iki məhbus cəmiyyətə yalan danışdıqlarının mesajını verirlər
Türmədə uşaq dünyaya gətirən məhbus qadın Lamiyə Quliyeva olayı son iki gündə xeyli böyüyüb.

"Xeberinfo.com":  Məlumata görə, buna səbəb də L.Quliyevanın və doğduğu uşağın atası olduğu iddia edilən kişi məhbusun verdiyi müsahibədir. Hər iki məhbus ANS telekanalına müsahibələrində bir-birindən fərqli, ziddiyyəti, amma ilginc müsahibələr verib.
Lamiyə Quliyeva: “Bizə şərait yaratdılar, görüşdük”
4 saylı cəzaçəkmə müəssisəsində həbs həyatı yaşayan L.Quliyeva necə hamilə qalmasından danışıb: “Mənim uşağımın atası məhkumdur. Onunla könüllü şəkildə görüşmüşük, DNT testi də verilib, nəticələr də məlumdur. Dustaqçılıq aləmində belə bir şey var ki, əlaqə saxlaya bilirsən və görüşə bilirsən. Mən axırıncı dəfə Kürdəxanıya göndəriləndə onunla orda tanış olmuşdum”.
L.Quliyeva süni mayalanma iddiasını isə qətiyyətlə təkzib edib: “Bunlar boş sözlərdir. Elə bir şey mümkün olsaydı bütün qadın məhkumlar ana olardı. Mən nə laborantam, nə də professoram ki, elə bir şeyə əl atım. Sadəcə olaraq, biz danışdıq və görüşdük. Bizə şərait yaradıldı və görüşdük. Düzü, bilmirdim ki, ana olacam. Amma o məqsədlə görüşdük ki, mən ana ola bilim. Bəlkə də o, ailəlidir, övladı var və ailəsini qorumaq üçün, ya da bizim görüşümüzə şərait yaradan adamı satmamaq üçün belə deyir. Bunlar iyrənc söhbətlərdir”.
L.Quliyevanın övladının atası olduğu iddia edilən məhbus Elnur Rəsulov isə ANS-ə müsahibəsində tamam fərqli danışıb. E.Rəsulov deyib ki, L.Quliyevaya sperma göndərib və sonuncu bu yolla hamilə qalıb: “Orda hava yeri vasitəsilə danışırdıq. Ayrı-ayrı kameralarda idik. O, ikinci mərtəbədə idi, mən isə birinci mərtəbədə. O, tez-tez məhkəməyə gedib gəlirdi. Bir dəfə məhkəmədən gələndə mənə dedi ki, mənə kişiyə məxsus olan o şeydən lazımdı (spermanı nəzərdə tutur). İzah etdi ki, üzü səpib və üzünə vurmaq üçün istəyir. Səhərisi gün mənə iplə yumru formalı qab göndərdi. İstədiyi şeyi qabla göndərdim. Bir-iki həftə keçmişdi ki, mənə dedi ki, deyəsən, mən hamiləyəm. Dedim ki, ola bilməz”. E.Rasulov təcridxanada görüşmələrinin qeyri-mümkün olduğunu deyib və L.Quliyeva ilə birbaşa təmaslarının olmadığını vurğulayıb.
Ombudsman Aparatı “Lamiyə Quliyeva bizə canlı təmas barədə danışmayıb” deyir
thumb_ombudsman_984“Bakı İstintaq Təcridxanasında saxlanılan kişi və qadın məhkumların bir-biri ilə görüşməsi qeyri-mümkündür. Bunun üçün həmin şəxs ən azı dörd nəzarət postundan keçməlidir”.
Bunu APA-ya açıqlamasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun rəhbəri Vüqar Məhərrəmov 4 saylı cəzaçəkmə müəssisəsində həbs həyatı yaşayan Lamiyə Quliyevanın hamilə qalması haqda dediklərini şərh edərkən deyib.
V.Məhərrəmov bildirib ki, Elnur Rəsulov Ombudsman Aparatının əməkdaşlarına verdiyi izahatda canlı təmasın olmadığını göstərib: “Lamiyə Quliyevanın uşağının atası Elnur Rəsulov dünən yayımlanmış müsahibəsində canlı təmasın olmadığını bir daha deyib. Biz Elnur Rəsulovla görüşən zaman da o bildirmişdi ki, spermanı Lamiyə Quliyevaya müalicə məqsədilə verib. Lamiyə Quliyeva bizimlə görüşən zaman hər hansı bir zorakılığa məruz qalmadığını demişdi. O, bizə yazdığı izahatda canlı təmas barədə bir söz deməyib. Yalnız onu bildirmişdi ki, hər hansı zorakılığa məruz qalmayıb”.
Ekspert iddia edir: “Əsas versiya zorlamadır”
Adının çəkilməsini istəməyən ekspertlərdən biri bu məsələ ilə bağlı ilginc dəyərləndirmə aparıb. “Yeni Müsavat”a açıqlamasında ekspert bildirdi ki, hazırda hər kəs sanki uşağa ata axtarmağa çalışır. Onun fikrincə, bu işdə əgər penitensiar sistemin aşağı instansiyalı işçisinin – nadzor, kolon rəisinin – günahı olsaydı, sistemin rəhbərliyi onu çox asanlıqla güdaza verərdi: “Burda hər kəs o istiqamətdə çalışır ki, ata razılaşsın, ana razılaşsın, sonra o prosesin üzərinə gedilsin. Əvvəlcə bu razılığa çalışırlar. Orda birinci şübhə ondan yaranır ki, heç də uşağın atası təqdim olunan şəxs deyil. Bunu penitensiar sistem də bilir, Lamiyə də, uşağın atası adına iddia olunan şəxs də bilir. Burdan çıxan nəticə budur ki, burda əsas versiya ilk gün ortaya çıxan zorlama versiyasıdır. Lamiyənin üzərində cinsi zorakılıq, təhdid, təşviq olub və bunu onun işini artıran adamlar ediblər. Və penitensiar sistemin rəhbərliyi də buna şərait yaradıb. Ona görə də bu gün penitensiar sistem kimisə cəzalandırmaqdan qorxur”.
Ekspert xatırlatdı ki, L.Quliyeva bütün bu olaylardan sonra məhkəmədə uşağı ilə birgə özünü cəmiyyətə təqdim edərkən “mən yorulmuşam, bezmişəm, kömək istəyirəm, ona görə zorən bu uşağı doğdum” deyib. Müsahibimizin sözlərinə görə, məhbus qadın yaşadıqlarının heç də öz xoşu ilə olmadığını ifadə edib: “Bu, əslində cəmiyyətə mesaj idi ki, niyə bu yola getdi. Çünki başqa yolu qalmamışdı. Cəmiyyət onun səsini eşidəcək halda deyildi. Ən başlıca amil budur ki, bu hadisə pentensiar sistem daxilində olmayıb. Sistemin içərisində, qapalı rejimdə olmuş olsaydı, bu zaman cinayətkar və ya cəzalandırmağa çox adam tapıla bilərdi. Bu qadın sistemdən, həbsxanadan kənara çıxarılıb. İndi məsuliyyət bilavasitə məlum orqanın, sistem rəhbərliyinin üzərində qalır. O tapşırıq icra olunub sadəcə, içəridə cəzalandırılmalı adam çoxdur. İndi işin mahiyyəti odur ki, Lamiyə də nə dediyini bilir, oğlan da. Hətta bunların hər ikisi cəmiyyətə mesaj verirlər ki, həqiqət bunların heç birinin dediyi deyil. Lamiyə çox ağıllı və düzgün hərəkət edir.
lamiyeSiz diqqət etsəniz görərsiz ki, bu gün Lamiyənin dodaqları silikondur. Qarşınıza qoyun keçmiş müsahibələri, fotoları, müqayisə aparın. Ona görə də deyilir ki, bu, içəridən çıxıb. Çünki içəridə belə bir əməliyyat keçirməsi mümkün deyil. İçəridən çıxdığına görə də bu gün heç kimi cəzalandıra bilmirlər”.

Üzeyir Məmmədli: “Elnur Rəsulovun adını onlara Lamiyə özü verib”
L.Quliyevanın analıq söhbəti yeni çıxan vaxt eks məhbus, NİDA-çı Üzeyir Məmmədli “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, uşağın atası 1 saylı İstintaq Təcridxanasında cəza çəkən məhbuslardan biridir. Hazırda uşağın atası kimi cəmiyyətə təqdim edilən şəxslə Ü.Məmmədlinin haqqında danışdığı məhbusun eyni adam olub-olmadığını dəqiqləşdirmək üçün onunla əlaqə saxladıq. Ü.Məmmədli bildirdi ki, həqiqətən də L.Quliyevanın uşağının atası olduğu iddia edilən şəxslə türmədə münasibətlərinin olması barədə söz-söhbət gəzən şəxs eynidir: “Bu şəxsi penitensiar sistem kəşf etməyib. Onun adını Lamiyə verib onlara. Lamiyə türmədə deyirdi ki, bu adamla yazışırlar”.
nida5-400x224Müsahibimizin fikrincə, nə Lamiyə, nə də E.Rəsulov gerçəyi danışır. Onun sözlərinə görə, L.Quliyevanın dediyi formada türmədə görüş ola bilməzdi. Amma E.Rəsulovun iddia etdiyi şəkildə də L.Quliyevanın ana olması mümkün deyildi: “Qıraqda da görüşə bilməzlər. Nə Kürdəxanıda, nə də məhkəmədə bu, mümkün olan bir şey idi. Ola bilər, onları bu cür danışmağa məcbur ediblər”.
Keçmiş məhbusla L.Quliyeva ilə E.Rəsulovun necə əlaqə yarada biləcəyindən də danışdıq. Xatırladaq ki, E.Rəsulov iddia edir ki, onlar Lamiyə ilə hava yeri vasitəsilə danışıblar. Kişilər birinci, qadınlar isə ikinci mərtəbədə olublar və belə bir əlaqə forması mümkün olub. Ü.Məmmədli də bildirdi ki, bu cür ünsiyyət vasitəsi mövcud olub: “Danışmaq, məktublaşmaq mümkündür. Amma heç cür kişinin iddia etdiyi kimi nələrsə yollamaq, Lamiyənin o yolla hamilə qalması mümkün deyil. Biz də tibb ədəbiyyatlarını oxumuşuq. Bundan başqa, hesab edirəm ki, heç Pentensianar Xidmət də belə bir hadisənin olmasını istəməzdi. Onlar üçün də bu hamiləlik, ardınca baş verənlər sürpriz olub. Çünki bu, ciddi başağrısı sayılır. Həmin vaxta qədər Lamiyəyə qarşı hər zaman sərt davranıblar. Ondan sonra isə tamamən münasibət dəyişib”.

 

Azpolitika


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam