Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Prezidentin qardaşı həbs edildi

 

Dağıstan prezidenti Ramazan Abdullatipovun qardaşı, Federal Miqrasiya Xidməti İdarəsinin rəhbəri Rəcəb Abdullatipov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

"Xeberinfo.com":  Məlumata görə, hazırda prezidentin qardaşı haqda araşdırmaya başlanılıb. “Böyük Alveç” ləqəbi ilə tanınan Abdullatipov sifarişli qətllər, xüsusən də xarici ölkələrdən, o cümlədən Azərbaycandan Rusiyaya qaçaqmal yolu ilə spirt daşınmasında və digər fırıldaqlarda vasitəçi rol oynamaqda ittiham olunur.

Məlum olub ki, Dərbənd şəhərinin “kriminal sahibi” kimi tanınan əslən azərbaycanlı Rafiq İdrisov (“Krot”) Rusiyada hazırlanmış adı ilə spirtin Azərbaycandan bu ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi və sənədləşdirmə işlərinin aparılmasını həyata keçirib.

“Krot” bunun üçün Rəcəb Abdullatipov da daxil olmaqla bir sıra məmurların yardımından istifadə edib və onlar arasında nüfuz qazanıb. İdrisov Abdullatipovun vasitəçiliyi ilə yaxın adamlarını yüksək vəzifələrə təyin etdirməyə də cəhd edib.

Azərbaycandan Rusiyaya spirtin kontrabanda yolu ilə daşınması isə Nəriman Əliyev adlı şəxsə məxsus firma vasitəsilə həyata keçirilib. Əliyev qeyri-leqal əməliyyatla bağlı danışmaq istədiyini bildirdikdə isə İdrisov 2007-ci ildə Nərimanı və həyat yoldaşını qətlə yetirir.

Rəsmi Moskva işin üstünü açdıqdan sonra Dağıstana istintaq briqadasını göndərir, bütün təşkilatçı və icraçılar saxlanılsa da “Krot” Azərbaycana oradan da İsrailə qaçmağa müvəffəq olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam