Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistan sərhədçiləri Gürcüstanda -azərbaycanlı fermerin 12 baş mal-qarasını oğurlayıb

Gürcüstanın Marneuli rayonunun Ermənistanla sərhəddə yerləşən Qaçağan kənd sakini Əflatun Əlyevə məxsus 12 baş iri buynuzlu mal-qara oğurlanıb.

Yenixeber.org:  Bu barədə  Gürcüstan büromuza Marneuli Bələdiyyə məclisinin üzvü, Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Azad Kərimov məlumat verib.

Onun sözlərinə görə, hadisə dörd gün öncə baş verib: “Kənd sakinləri və polis dörd gündür itən mal-qaranı axtarır. Amma hələ heç bir nəticə yoxdur. Hadisə ilə bağlı Marneuli rayon rəhbərliyinə də müraciət olunub”.

A.Kərimov bildirib ki, fermer mal-qaranın Ermənistan tərəfinə keçdiyi və orada erməni sərhədçiləri tərəfindən oğurlandığını iddia edir: “Analoji hadisə ötən il də baş verib. Ermənistan sərhədçiləri azərbaycanlıya məxsus 15 baş iri buynuzlu mal-qaranı oğurlayıblar. Gürcüstan Daxili İşlər Nazirliyinin müdaxiləsindən 12-13 gün sonra mal-qaranın 14-ü qaytarıldı”.

Bələdiyyə üzvü qeyd edib ki, borcu olan Ə.Əliyev oğurlanan mal-qarasının böyük hissəsinin geri qaytarılacağına ümid edir.

A.Kərimov əlavə edib ki, Gürcüstanda Ermənistanla sərhəddə azərbaycanlıların yaşadığı kəndlərdə bu cür insidentlər tez-tez baş verir: “Ermənistan sərhədçiləri bir neçə ay öncə at və bir neçə mal-qara da oğurlayıblar. Nəticədə kənd sakinlərinə böyük zərər dəyib”. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam