Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Marneulidə seçkilərlə bağlı 7 şikayət qeydə alınıb -YENİLƏNİB-2

 

 

Marneuli rayonunda icra başçısı seçkilərində qanun pozuntuları ilə bağlı dairə seçki komissiyasına 7 şikayət daxil olub.

Yenixeber.org: Yerli büromuz xəbər verir ki, bu barədə komissiyanın sədri Yakob Asanidze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, şikayətlər əsasən kiçik insidentlər və prosedur qaydaları ilə bağlıdır.

Y.Asanidze seçkilərin sakit şəraitdə keçdiyini qeyd edib.


***11:21

Gürcüstanın Marneuli rayonunda icra başçısı seçkilərində seçici fəallığı 5,7% təşkil edib.

Yerli büromuz xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Saat 10:00-a olan məlumata əsasən, rayonda seçki hüququna malik olan 99 717 nəfərin 5 699-u səs verib.


***08:04

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun icra başçısı vəzifəsinə seçkilər üzrə səsvermə prosesinə start verilib.

Yerli büromuz xəbər verir ki, saat 08:00-dan etibarən rayonun 90 seçki məntəqəsi seçiciləri qəbul etməyə başlayıb.

Marneulidə seçki hüququna malik olan vətəndaşların sayı 99,7 min nəfərdən çoxdur.

Rayon rəhbəri postuna namizədlərin ümumi sayı 15 nəfərdir ki, onların da 4-ü azərbaycanlı, 11-i isə gürcüdür. Namizədlərin 14-ü siyasi partiya, 1-i isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Azərbaycanlı namizədlər “Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat Partiyasından Aqil Mustafayev, hakim Gürcü Arzusu Partiyasından Zaur Darğallı və gənclərdən ibarət təşəbbüs qrupundan Əli Bədirovdur. Seçkilərdə əsas mübarizənin məhz bu 4 namizəd arasında aparılacağı gözlənilir.

Bu gün qonşu ölkədə həmçinin Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Marneuli ilə yanaşı Zuqdidi, Çiatura, Xulo, Zestafoni rayonlarına da icra başçıları seçilir. Aralıq parlament seçkilərində isə Tbilisinin Mtatsminda rayonunun majoritar dairəsindən deputat seçilir.

Növbədənkənar və aralıq seçkiləri üçün ölkənin Mərkəzi Seçki Komissiyası tərəfindən, ümumilikdə, 370 300bülleten çap olunub. Marneuli rayonunda yerləşən seçki məntəqələri gürcü dili ilə yanaşı Azərbaycan və erməni dillərində olan bülletenlərlə təmin olunub.

Seçkilər 402 091 seçicinin qeydiyyatda olduğu 410 seçki məntəqəsində keçirilir. Səsvermə prosesini 49 yerli təşkilatdan 6 1397 beynəlxalq təşkilatdan isə 47 nümayəndə müşahidə edir, 45 media qurumun 1 917 əməkdaşı işıqlandırır.

Seçkilərdə səsvermə prosesi saat 20:00-da başa çatacaq.(report) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam