Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Azərbaycanlı ana-bala İranda girov götürüldü

 

Övlad sahibi olmaq istəyi bir azərbaycanlı qadını İranda sözün əsl mənasında əsir edib. Qadın İran xəstəxanalarına verməyə pul tapa bilmədiyi üçün qonşu ölkədə girov qalıb.

"Xeberinfo.com":  Məlumata görə, hazırda ailə üzvləri xəstəxana xərclərinin ödənilməsi üçün Nardaran qəsəbəsində maliyyə dəstəyi axtarırlar. Bizə dost və din qardaşı sayılan İran bir azərbaycanlı ailəni evindən-eşiyindən didərgin salıb.

Milli.Az-ın redaksiyasına Nardaran qəsəbəsindən ilginc məlumat daxil olub. Məlumata görə, qəsəbədə yaşayan ailə (adların etik qaydalara görə göstərilməsini məqsədəuyğun bilmədik-red.) uzun müddət övladlarının olmaması ilə əlaqədar müalicə məqsədilə mütəmadi İran İslam Respublikasına səfərlər ediblər. Alınan müalicələr uğurlu olub və nəticədə ailənin xanımı hamiləlik yaşayıb.

Müayinə məqsədilə hamiləliyin yeddinci ayında İranın Ərdəbil şəhərinə növbəti səfəri zamanı ailənin xanımı yaranmış vəziyyətə görə Ərdəbil ostanlığının Meşkin şəhərində təcili qısa müayinə olunub. Sonra isə Ərdəbil şəhərinin “Bu-Əli” özəl xəstəxanasında vaxtından əvvəl hamiləlikdən azad olub. Uşaq xəstəxananın vaxtından tez anadan olmuş (yeddinci ayında) uşaqlar üçün nəzərdə tutulan barokameraya yerləşdirilib, nəticədə vəziyyəti yaxşılaşıb.

Ailənin bəlaları isə bundan sonra başlayıb. Xəstəxana xidmətə görə ailə başçısından 22 min manat pul ödəməyi tələb edib. O isə belə bir məbləğin onda olmadığını bildirib.

Təyin olunmuş müalicə pulunu ödəmədiyinə görə hazırda uşaq xəstəxanadan buraxılmır. Bu da azmış kimi xəstəxana rəhbərliyinin müraciəti əsasında İranın aidiyyəti orqanları ailənin qohumlarından pasportlarını alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam