Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Rövşən Lənkəranskidən yeni xəbər var

 

Kriminal aləmə yaxın olan ekspert bəzi incəlikləri açıqladı

 

"Xeberinfo.com":  Məlumata  görə, yanvarın 6-da Ermənistanın paytaxtı İrəvan yaxınlığında son illərin ən böyük “oğru sxodkası” keçirilib. Əvvəlcə Moskvaya təyin olunan, ancaq Rusiya hüquq-mühafizə orqanları toplantı iştirakçılarının hamısını həbslə hədələdiyi üçün təxirə salınan toplantını kriminal avtoritetlər təcili şəkildə İrəvanda keçiriblər və bir sıra qərarlar qəbul ediblər.
 
İrəvanda erməniəsilli avtoritet Artyom Arutyunyanın təşkilatçılığı ilə keçirilən toplantıda azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski ilə yanaşı, bir sıra "qanuni oğrular" da öz titullarından məhrum ediliblər. 
 
Qeyd olunur ki, bu qərar Robinzon Arabuli, Georgi Uqlava (Taxi), David Sebiskveradze (Dato), Vaja Biqanişvili, Amiran Sopromadze (Sopotiya), Oleq Şişkanov (Şişkan), Zaxari Kalaşov (Şakro Molodoy), Boris Apakiya (Apakela), Hüseyn Əhmədov (Slepoy) kimi kriminal avtoritetlər çıxarıblar. 
 
Dünən gecə yayılmış bu informasiyaya ilk reaksiyanə vaxtilə Rusiyada yaşamış, kriminal aləmə bələdliyi olan oxumuz Musavat.com-a zəng edərək verib. 
 
Onun sözlərinə görə, "İrəvan sxodkası"nda iştirak edən avtoritetlərin hamısı "Ded Xasan"ın adamlarıdır və onları qəbul etdiyi qərarlar, siyasi terminlərlə desək, legitim deyil: ""Ded Xasan" bir çox gürcü və ermeni oğrulara ad verməyi şəxsi təsərrüfat yönümlü bir şey etmişdi. Qohum-əqrabasında, dost-tanışı arasında ad vermədiyi adam qalmamışdı. Elə bu kimi işlərə görə də Sabirabadlı Hikmətlə onun sözü çəp gəlmişdi.
 
Rövşən Lənkəranskinin tituldan məhrum edilməsinə gəlincə, kriminal ekspert bildirir ki, belə məsələlərdə əsas söz sahibi hazırda məhbəsdə oturan kriminal avtoritetlərdir: "İçəriyə kim daha güclü dəstək (söhbət maliyyə dəstəyindən gedir) versə, oğrular onun tərəfini tuturlar. Hazırda əsas Tariel Onianinin sözüdüdür. Kimə "tac" qoyulmasını, kimin bu tituldan məhrum edilməsini o müəyyən edə bilər. Ermənnistanda yığılan oğruların önsuz da təsir dairəsi zəifləmişdi. Bunlara az pul-para çatırdı və bunların himayəsi altında imkanlı biznesmenlər yox kimidir".
 
Müsahibimiz onu da bildirib ki, "İrəvan sxodkası"nda toplaşanlar öz aləmlərində Rövşəni qabaqlamaq istəyiblər, onlar bilirlər ki, bu il Rövşənin Rusiyaya daxil olma yasağı bitir və o, müddət bitən kimi Rövşən Moskvaya gedərək, nüfuzlu avtoritetlərin iştirakı ilə toplantı keçirəcək və bu şəxsləri cəzalandıracaq. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam