Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda- qalmaqallı VİDEOsu yayılan tibb bacısı faciəvi şəkildə öldü

Paytaxtın Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenixeber.org:  "28 May" metrostansiyası yaxınlığında "Mercedes" markalı taksi yolu keçmək istəyən, 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızını vurub. Yaralı sürücü tərəfindən dərhal yaxınlıqdakı özəl klinikalardan birinə çatdırılıb. Xəstənin vəziyyəti ağır olduğundan o sonradan 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. F.Nəzərova orada vəfat edib.

Tibb bacısının bir müddət əvvəl sosial şəbəkələrdə videosu yayılan qadın olduğu müəyyənləşib. O, bir müddət əvvəl sosial şəbəkələrdə Təcili Tibbi Yardım Xidmətinə məxsus maşınların musiqi sədası altında başına dövr etdiyi xanım olub.

Qeyd edək ki, həmin görüntülər Bakının Suraxanı rayonu ərazisində 22 saylı Təcili Yardım Stansiyasıın həyətində lentə alınıb.

Həmin görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra, Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılıb.

Araşdırmaların nəticəsi olaraq təcili yardım avtomobillərinin sürücüləri və videodakı tibb bacısı işdən çıxarılıblar.

İşdən çıxarılan F. Nəzərova bu yaxınlarda özəl klinikaların birində işə düzəlibmiş.(ONA)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam