Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əsgərlər FHN-çilərə yardıma gəldi:azyaşlı xilas edildi

Fövqəladə Hallar Nazirliyi (FHN) Goranboyda baş verən yanğının söndürülməsi üçün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən kömək istəyib.

Yenixeber.org:Məlumata görə, FHN-dən verilən məlumata görə, aprelin 20-sində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Goranboy rayonunun Yuxarı Ballıqaya kəndində fərdi yaşayış evində yanğın baş verməsi və evin içərisində azyaşlı uşağın qalması barədə məlumat daxil olub.

Yanğının baş verdiyi ünvanın Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) hissələrindən aralı, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə isə nisbətən yaxın yerləşdiyi nəzərə alınaraq, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməliyyat növbətçisi tərəfindən Müdafiə Nazirliyinin əməliyyat növbətçisi ilə əlaqə yaradılıb və həmin hərbi hissədən kömək istənilib.

 

 

Yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi Hərbi Hissənin hərbi qulluqçuları tərəfindən 2017-ci il təvəllüdlü Hüseynova Mənsurə Sərdar qızı xilas olunub. Yanıq xəsarəti almış azyaşlıya hərbi hissənin tibbi personalı tərəfindən ilkin yardım göstərilib.

DYMX-nin müvafiq qüvvələri yanğın yerinə çataraq yanğının ətraf tikililərə keçməsinin qarşısını alıblar. Yanğın nəticəsində 1986-cı il təvəllüdlü Ağayev Sərdar Eyvaz oğluna məxsus ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. (Axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam