Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azadlığa çıxan məmur yenidən həbs oluna bilər

Onun yenidən həbsi üçün apellyasiya protesti verilib

 

Yenixeber.org: Bülbülə qəsəbə inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Dadaşov Nazim Balarza oğlu Nərimanov Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il qərarı ilə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilib. Ancaq dövlət ittihamçısı N. Dadaşovun yenidən həbs olunması üçün apellyasiya protesti verib.

AzNews.az-ın xəbərinə görə, dekabr ayının 7-də Bakı Apellyasiya Məhkəməsində dövlət ittihamçısının apellyasiya protestinə baxılacaq. 

Xatırladaq ki, Nazim Dadaşov Bakı Ağır Cinayətlər məhkəməsinin 2014-cü il 7 aprel tarixli hokmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Belə ki, Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə Suraxanı rayon İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbə inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Dadaşov Nazim Balarza oğlunun torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə 2010-cu il tarixli sənəd verilməsi müqabilində ondan 17.0 min manat məbləğində rüşvət tələb etməsi barədə müraciəti əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə başlanıb.

Belə ki, daxil olmuş müraciət əsasında idarənin əməkdaşları tərəfindən 6 fevral 2013-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində N.Dadaşov Bübülə qəsəbəsində idarə etdiyi "VAZ 2106" markalı 10 XE 635 dövlət qeydiyyat nişanlı avtomobilində Bakı şəhər sakinindən 8.0 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Baxış zamanı N.Dadaşovun idarə etdiyi avtomobilin salonundan rüşvət kimi aldığı 8.0 min manat məbləğində pul, xidməti otağından isə ayrı-ayrı vətəndaşlara məxsus cinayət təqibi üçün əhəmiyyət kəsb edən sənədlər hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülüb.

N.Dadaşov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam