Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Deputatı döyüb xəstəxanalıq etdilər

    

Deputatı döyüb xəstəxanalıq etdilər
30 nəfərdən ibarət ultra-sağçılar Yunanıstanın radikal solçuların koalisiyasından ibarət hakim SİRİZA partiyasının Messiniya regionundan olan deputatı Petros Konstantineasaya hücum edərək döyüblər.
 Yenixeber.org: Bu barədə Afina agentliyi məlumat yayıb. Qeyd olunur ki, insident Peloponnesdəki Kalamata şəhərindəki stadionun girişi yaxınlığında baş verib. 

Ultra-sağçılar deputata ciddi bədən xəsarətləri yetiriblər. Xəstəxanaya yerləşdirilən Konstantineasa onu döyənlərin faşizmi dəstəkləyən təşkilatın üzvləri olduğunu bildirib. “Faşizm keçməyəcək”, – deyə deputat qəzəblə bildirib. 

Hücumla əlaqədar Yunanıstan polisi 5 şübhəlini saxlayıb. Ölkənin bütün siyasi partiyaları baş verən hadisəni qınayıblar. Yunanıstanın baş naziri Aleksis Tsiprasın mətbuat xidməti isə deputata hücum edənlərin tezliklə yaxalanıb məsuliyyətə cəlb olunacaqlarını bəyan edib. 

Qeyd edək ki, bir neçə gün əvvəl Yunanıstanda musiqiçi Pavlos Fissasanın ultra-sağçı “Qızıl şəfəq” partiyasının üzvləri tərəfindən qətlə yetirilməsinin 5-ci ildönümü ilə bağlı anti-faşist nümayişlər keçirilib. Qətl hadisəsindən sonra partiyanın cinayətkar təşkilat kimi tanınması tələbləri səslənsə də, illərdir davam edən məhkəmə prosesi hələ də yekunlaşmayıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam