Yenixeber.org: Binanın 22-ci mərtəbəsində liftin trosu qırılaraq birinci mərtəbəyə çırpılıb. Hadisə yerindən bildirilir ki, bu zaman liftdə 5 İraq vətəndaşı və bir nəfər azərbaycanlı olub.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb edilib. İnsident nəticəsində 2 ərəb xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. Hazırda ərazidə polis işləyir.

 

 

 

 

 

AzNews.az