Yenixeber.org: Əəvvəllər beynəlxalq insan alveri şəbəkəsi tərəfindən qaçırılan qadın internet vasitəsi ilə Sergey ilə tanış olub. Sergey gənc qızı mobil telefonunu oğurlamaqda təqsirləndirərkən aralarında mübahisə düşüb. 

28 yaşlı Sergey Kovalçul sevgilisi Vera Nurbaevanı boğaraq öldürdükdən sonra çörək bıçağı ilə daxili orqanlarını çıxarıb tualetə atıb. Sergey 23 yaşlı sevgilisinin kəsilmiş başını, əl və ayaqlarını dörd ədəd zibil paketinin içinə qoyaraq Moskovanın kənarında yerləşən bir zibilxanaya atıb.

Gənc qızın daxili orqanları və bədən hissələrinin tapılmamasına baxmayaraq Sergey cinayətini etiraf edib, peşman olduğunu söyləyib. 

 

The Bank of Moscow-da (Moskova Bankası) müdir olan Sergey 9 il azadlıqdan məhrum edilib.