Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nazir oğlunun adı qətl sifarişi işində!

 

img1604580

Türkiyədəki “Hürriyet” qəzeti qanlı olaydan yazıb

    "Xeberinfo.com": 2013-cü ilin may ayının 14- də bir nəfərin silahla yaralanması olayı Türkiyədəki “Hürriyet” qəzetinin səhifəlrinə düşüb. Hadisə adi kriminal olmaqdan çıxıb.

     Çünki olayın arxasında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun adı peyda olub. Bu silahlı münaqişə isə Anar Məmmədovun cangüdənləri arasında olub.

     Hadisə ötən il, mayın 14-də Antalyada, Gənclik məhəlləsində baş verib. Hürriyət qəzeti yazır ki, bu qanlı hadis Ziya Məmmədovun oğlu Azərbaycan-Amerika Alyansının prezidneti, Garant Holdingin prezidenti Anar Məmmədovun mühafizəçiləri arasında baş verib. Hadisə Anar Məmmədovun mühafizəsinin rəisi olan 51 yaşındakı təqaüddə olan zabit İsmayıl Gənc ilə mühafizəçi, 35 yaşındakı Kubilay Göl arasında olub. Mübahisə böyüyüb, hər iki tərəf silaha əl atıb. Kubilay Göl daha çevik hərəkət edərək İsmayıl Gənci yaralayıb.

     2013-cü il, dekabrın 22-də Antalyadakı 4-cü Ədliyyə Hüquq Məhkəməsinə təqdim edilən iş üzrə ifadələr alınıb.

    Kubilay Göl istintaqa verdiyi ifadədə bildirib ki, Anar Məmmədov məni çağıraraq İsmayıl Gənci öldürməmi istədi, amma mən bundan imtina etdim. Kubilayın bildirdiyinə görə, Anar Məmmədov bu qətl üçün ona 500 min dollar təklif edib. Anar Məmmədov hesab edirmiş ki, İsmayıl Gənc onun Türkiyədən Azərbaycana köçürdüyü qara pullardan oğurlayırmış.

    Kubilay Gölün bildirdiyinə görə, o, İsmayıl Gənci öldürməkdən imtina etsə də, bir müddət sonra onunla üz-üzə gəlməli olublar.

    Kubilay Göl istintaqa bildirib ki, bu para oğurluqları ilə bağlı məsələni müzakirə etmək üçün onlar İsmayıl Gənc ilə Antalyadakı Əski Sənaye deyilən yerdə görüşüblər. Mübahisə silaha qədər böyüyüb. ,”Mən vurmasam, o məni vuracaqdı” – deyib.

     Kubilay Göl bildirib ki, bu mübahisəni Bakıda da yatırmaq üçün çox cəhdlər olub və işə hətta Azərbaycan Daxili İşlər Nazirliyindən olan adamlar da qarışıblar.

     Kubilay Göl əvvəllər məhkum olunmayıb, Türkiyətə «özəl tim» adlanan xüsusi təyinatlı qüvvələrdə serjant olub. Sonra Anar Məmmədovun Türkiyədəki projeləri üçün xüsusi heyət topladığını eşidərək istefa edib və onunla işləməyə başlayıb. Anar Məmmədovun mühafizə xidmətundə 2,5 il işləyib. «Korumanın başında İsmayıl Gənc vardı. Gənc koruma görəvinin dışında bazi yatırımlarla ilgili para trafiğini yönləndiriyordu. Zatən, bu sürə işərisində milyonluq bir sərvətə sahib oldu. Tabii, bu durum patronun dikkatını da çekdi» deyə, İsmayıl Gənc “Hürriyet” qəzetinə bildirib (“Azadlıq” qəzeti).

     P.S. Bu yazını “Hürriyyət”in internet saytından çıxarmağa nail olublar, amma qəzet variantı qalmaqdadır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam