Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cibgirlərin “Baron”u həbs edildi

 

143286f824c80c9c5b51bb65f1187084

 

       Onun həyat yoldaşı da əvvəllər oğurluq və cibgirliyə görə məhkum olunub

     "Xeberinfo.com": Nizami rayon Polis İdarəsinin əməkdaşları əvvəllər qəsdən adam öldürmə və oğurluq maddələri ilə dəfələrlə məhkum olunan 1971-ci il təvəllüdlü Əmirov Sahib Əsgər oğlunu cibgirlik etdiyinə görə həbs ediblər. APA TV-nin məlumatına görə, Sumqayıt şəhər sakini həyat yoldaşı ilə bərabər tutulub. Sentyabrda rəsmi nikaha girən Əmirovun həyat yoldaşı da əvvəllər oğurluq və cibgirlik cinayətlərinə görə dəfələrlə məhkum olunub.

“Həyat yoldaşım da əvvəllər tutulub, cəzasını çəkib, çıxıb. Polislər bizi bir yerdə gördülər, yoldaşımı tanıdılar. Bir yerdə idik”.

Sahib Əmirov öz “həmkarı” ilə ailə qurmasının səbəbini belə izah edib: “Nə olsun ki, cibgirdir. Guya mən kiməm ki?”.

İstintaq araşdırması zamanı məlum olub ki , Sahib Əmirov 8 kilometr ərazisində cibgirlərin fəaliyyətinə nəzarət edənlərdən biri, kriminal aləmdə “cibgirlərin baronu” kimi tanınan şəxs olub. Saxlanılan zaman onun üstündən şəxsi istehlak miqdarından artıq heroin aşkarlanıb. Əmirovun sözlərinə görə, narkotik vasitələrdən ara-sıra istifadə edirmiş.

“Hərdən yeri gələndə istifadə etmişəm. Mən bu işin yolçusu deyiləm. Pul olanda iynə vururam”.

İdarənin istintaq şöbəsindən bildiriblər ki , oğurlanan əşyalar və narkotik vasitə Əmirovun üstündən çıxdığından həyat yoldaşı araşdırma bitənədək sərbəst buraxılacaq. Faktla bağlı oğurluq və narkotik vasitələri qanunsuz dövriyyəsi maddəsi ilə cinayət işi başlanıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam