Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bankda 450 min manatlıq yeyintinin şok detalları

 

"Bank Respublika"nın cinayət işi açılan filialının müdirinə isə problemli kreditləri tapşırıblar

    "Xeberinfo.com": "Bank Respublika" ASC-nin Sabirabad filialının vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə həmin qurumdan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı cəmiyyətin Sabirabad filialının vəzifəli şəxslərinin 38 halda Saatlı rayon sakinlərinin adlarına qanunsuz olaraq istehlak krediti müqavilələri rəsmiləşdirməklə 137 min 700 manat məbləğində vəsaitin ödənilməsinə şərait yaratmalarında şübhələr üçün əsaslar olduğundan, faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

"Bizim Yol" qəzetinin redaksiyasına bununla bağlı daxil olan məktubda bu məbləğin 450 000 manat təşkil etdiyi bildirilir. 

Məktubda sözügedən filialın müdiri Ağaddə Babayevin işlədiyi müddət ərzində rüşvət alma və saxtakarlıq  yolu ilə xeyli miqdarda  pullar mənimsənildiyi iddia edilir: "Daha çox pul əldə etmək üçün o, bu əməlləri tək yox, bankda əməliyyatçı vəzifəsində çalışan Azər adlı şəxslə birgə həyata keçirib. Bundan əlavə, o, bir neçə dəfə Saatlıya gəlib və Cabir Cahangirov soyadlı birisi  ilə tanış olub" - deyə məktubda qeyd edilir. 

Məktubda həmçinin filial rəhbərinin Saatlıda C.Cahangirova iş təklifi etdiyi, bu işin banka müştəri gətirməkdən ibarət olduğu və hər müştəriyə görə adı çəkilən şəxsə müəyyən məbləğdə pul veriləcəyi bildirilib: "C.Cahangirov da işsiz olduğuna görə, bu təklifi qəbul etmək məcburiyyətində qalıb". 

C.Cahangirov aldığı yeni işin şərtlərinə əsasən görüşüb, razılıqlarını aldığı şəxslərin şəxsiyyət vəsiqələrini alaraq onlarla birgə Bank Respublikanın Sabirabad filialına üz tutaraq Azər adlı əməliyyatçıya lazımi sənədləri təqdim edirmiş. Azər isə saxta arayışları və digər sənədləri alaraq, sənəd təhvil verilən gün onlara kreditləri ayırdığı məktubda qeyd edilir: "C.Cahangirov demək olar ki, hər gün banka ən azından 3-4 nəfər adam aparıb. Müştəri adı ilə banka gedən şəxslər sənədə imza atıb kassadan pulu götürdükdən sonra  pulu elə yerindəcə C.Cahangirova verirlərmiş. Adlarına kredit yazılmış şəxslər narazı qalmasın deyə C.Cahangirov onların hər birisinin cibinə 50-100 manat pul qoyurmuş. Saxta arayışlar əsasında yüksək məbləğlərdə götürülən həmin bu pullar başda A. Babayev olmaqla dörd nəfərin arasında bölünüb".

"Bu fırıldaq oyunu 9 ay davam edib və heç bir aylıq ödəniş aparılmadan bankdan 450 min manatdan çox pul çıxarılıb".  Məktubda məsələnin Bank Respublikanın rəhbərliyi tərəfindən aşkar edildikdən sonra A.Babayev və eləcə də saxta arayışlar vermiş Saatlının bir sıra idarə və təşkilat rəhbərləri məlumatın yayılmaması üçün mənimsənilən 450 min manatı birdəfəlik ödəməklə işi bağlamaq istədikləri də qeyd edilir: "Lakin C.Cahangirovun Prezidentə və baş prokurorluğa göndərdiyi teleqramlar vəziyyəti dəyişir".

"Bank Respublikanın rəhbərliyi C.Cahangirovu ələ almaqdan ötrü ona 20 min manat pul təklif edib. Ancaq o təklifi rədd edib" - deyə məktubda qeyd edilir. 

Xatırladaq ki, faktla bağlı açılan cinayət işi araşdırılmaq üçün Baş Prokurorluq tərəfindən Saatlı rayon Prokurorluğuna göndərilib. Aparılan araşdırmalardan sonra materiallar mahiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə verilib. C. Cahangirov isə bu idarənin əməkdaşları tərəfindən saxlanılıb və Binəqədi rayon Məhkəməsinin qərarı ilə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. 
Məsələ ilə bağlı dəfələrlə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxlamaq istəsək də cəhdlərimiz boşa çıxdı.

"Bank Respublika"dan "Bizim Yol" qəzetinin göndərdiyi sorğuya cavab olaraq bildirildi ki, hal-hazırda açılmış cinayət işi ilə bağlı istintaq getdiyinə görə hər hansı bir məlumatı təqdim etmək səlahiyyətləri yoxdur. 
Redaksiyamıza ünvanlanan məktubda bank fırıldağını həyata keçirdiyi iddia edilən Ağəddə Babayevin hal-hazırda "Problemli Kreditlər" şöbəsinə rəhbərlik etdiyi qeyd edilir. "Bank Respublika"ya göndərilən sorğumuzda bu məlumat nə təsdiq, nə də təkzib olunub. 

"Aparılan istintaqın gedişatı ilə bağlı hər hansı suala Bank tərəfindən rəsmi şərhin verilməsi istintaq və Bank sirrini təşkil  edən məlumatlar sırasına aiddir. Bunu nəzərə alaraq, yalnız istintaq işi yekunlaşdıqdan sonra bu mövzuda Sizi maraqlandıran sualları cavablandırmağa hazırıq" deyə verilən cavabda bildirilib.
 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam