Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bank Respublika”da 137 minlik cinayət işi

 

“Bank Respublika”Açıq Səhmdar Cəmiyyətinin Sabirabad filialının vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə həmin qurumdan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. 

 

     “Xeberinfo.com”: Baş Prokurorluğun mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, araşdırmalar zamanı cəmiyyətin Sabirabad filialının vəzifəli şəxslərinin 38 halda Saatlı rayon sakinləri ilə onların müxtəlif vəzifələrdə işləmələri və əmək haqqı almaları barədə idarə, müəssisə və təşkilatlar tərəfindən verilmiş saxta arayışların və təqdim edilmiş digər sənədlərin qanuniliyini yoxlamadan qanunsuz olaraq istehlak krediti müqavilələri rəsmiləşdirməklə 137 min 700 manat məbləğində vəsaitin kredit kimi ödənilməsinə şərait yaratmalarında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə)və 320.2-ci(rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. 

Hazırda cinayəti törətmiş şəxslərin dairəsinin müəyyənləşdirilməklə onların məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq  tədbirləri davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam