Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Azadlığa buraxılan şəxs yenidən saxlanıldı

 

 

acc53bee698c61f961b422c8559d6ffc

 

                   “Avtomatın qabağına düzəcəm sizi”

      "Xeberinfo.com": Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 1995-ci il təvəllüdlü Knyazlı Knyaz Böyükağa oğlu və soyuq silah saxlamaqda təqsirli bilinən 1992-ci il təvəllüdlü Məhərrəmov Yusif Kamil oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Məlumata görə, K.Knyazlı son sözünü deyərkən hakimləri təhdid edib: “Bu iş belə qalmayacaq, axır əvvəl mən burdan çıxıb, sizlərə bunun hesabını soruşacağam. Özü də iş düzgün baxılmır. Məni sentyabrın 1-i tutulmuşam, amma qeydiyyat tarixi sentyabr 3-ü göstərilib”.

     Yusif Məhərrəmov sözləri ilə zaldakıları təəccübləndirib: “Cinayəti mən törətmişəm. Amma mən qəsdən adam öldürməkdə ittiham edilmirəm. Belə olan halda günahsız bir şəxs həbsə göndərilir. Mən isə cinayət törətdiyim halda azadlığa buraxılıram. Qatil mənəm, cəzamı da çəkməyə hazıram. Günahsız bir adamı həbsə göndərmək vicdandan deyil. Belə ədalətsizlik olmaz. Cinayəti törədən azadlığa buraxılır, günahı olmayan şəxsə 10 il cəza verilir. Mərhumun ailəsinə qan lazımdır? Mən azadlığa çıxıram. Mənlikləri olsun, məndən övladlarının qisasını alsınlar. Almasalar, ikimizdən biri bu zaldan azadlığa çıxacağıq, burda üstümüzə düşə bilirsiniz, çöldə amma dovşan olasınız”.

   Bu zaman Knyaz Knyazlının babası söhbətə müdaxilə edib və nəvəsinin günahkar olmadığı deyib. “Mənim nəvəm düzgünlük üstündə içəridədir. Mən onun ayaqları altında səcdə gedib ölərəm. Kişidir mənim nəvəm, mərddir. Haqsızlığa qarşı hər zaman vuruşur”.

Təqsirləndirilən şəxslərin son söz deməsindən sonra hakimlər müşavirəyə gedib, zalda isə gərginlik yaranıb. Keçən iclasların birində Knyazlı Knyaz qollarını doğradığından təhlükəsizlik əməkdaşları onu xüsusi nəzarətə götürüb.

    Hakimlər məşvərətdən qayıtdıqdan sonra hökmü oxunub. Knyaz Knyazlı 10, Yusif Məhərrəmov isə 1 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Yusif Məhərrəmov 1 il 2 ay əvvəl həbs edildiyindən o, məhkəmə zalından azadlığa buraxılıb. Y. Məhərrəmov dəmir barmaqlıqlar arasından çıxan kimi üzünü qətlə yetirilən Ceyhun Maqsudovun atası Şahin Maqsudova tutaraq onu hədələyib. “Gördüyünüz kimi çıxıram burdan. Gözləyin görün nələr baş verəcək, avtomatın qabağına düzəcəm sizi. Bu belə qalmayacaq. Günahsız yerə Knyaz 10 il yatmalı idimi? Az qalıb, sizi tapım qıracağam. Cəzanız mənim əlimdən olacaq. Mənə çöl də, bayır da içəri kimidir”.

    Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin binasından çıxan kimi polis əməkdaşları Y.Məhərrəmovu saxlayaraq aparıblar. 22 yaşlı gəncin hansı səbəbdən saxlandığı məlum olmasa da, onun ifadə vermək üçün polis bölməsinə aparıldığı bildirilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam