Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Cəmil Həsənlinin qızı adam vurub?

 

     "Bütün bunlar tənqidi çıxışlarım, hakimiyyətə qarşı sərt mövqeyimlə bağlıdır"

   Milli Şuranın sədrinin qızını maşınla adam vurub qaçmaqda ittiham etmək istəyirlər  

  "Xeberinfo.com": “Mətbuatda mənim qızım Günel Həsənlinin avtomobil qəzası törətməyi və yaşlı bir qadını vurub qaçması, həmin qadının guya başqa vətəndaşlar tərəfindən xəstəxanaya aparılması barədə məlumatlar yayılıb. İlk növbədə onu bildirmək istəyirəm ki, bu təxribat kimlərin tərəfindən hazırlanmışdısa, həmin dairələr tərəfindən də nəzarətlərində olan KİV-lərə ötürülüb. Bu özü də bizim üçün bir dəlildir ki, informasiya haradan çıxdı. Əslində səbrlə gözləməkdə məhz bunu müəyyən etmək istəyirdik. Belə də oldu. Məlumat məhz hakimiyyət orqanlarında, ilk növbədə xüsusi xidmət orqanları tərəfindən idarə olunan KİV-lərdə yayıldı”.

Bunu “Azadlıq”a Milli Şuranın sədri Cəmil Həsənli bəzi saytlarda qızı Günel Həsənlinin yaşlı bir qadını maşınla vurması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib. Milli Şura sədrinin sözlərinə görə, ona və ailə üzvlərimə qarşı təxribat hazırlandığından öncədən məlumatlı idi:

“Hətta xüsusi xidmət orqanları tərəfindən izləndiyimiz barədə “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə ötən bir-iki ay ərzində verdiyim müsahibələrdə də açıq şəkildə bildirmişdim. Daxili işlər nazirliyi orqanlarına məxsus olan “Hunday” markalı avtomobillər heç vaxt bizi nəzarətdən kənar qoymayıb. Hətta yaşadığımız evin yanında keşik çəkən həmin maşınlardakı əməkdaşların avtomobilin içində xidməti formalarının mülkü formalara dəyişmələrini də müşahidə etmişik. Qızım Günel Həsənlinin maşınının izlənməsi barədə məlumatımız var idi. Şübhəsiz ki, bütün bunlar hamısı mənim siyasi fəaliyyətim ilə bağlıdır. Evimiz Yasamalda “İlahiyyət” məscidi ilə qonşuluqda yerləşir. Cümə günləri məscidə ibadət üçün çoxlu adam gəldiyindən saat 13-15 arası evimizə girib çıxmaq sadəcə olaraq mümkün deyil. Sentyabr ayının 19-da Günel uşaqlarını məktəbdən gətirən vaxt məhz belə bir vəziyyətlə qarşılaşıb. Bu vəziyyətdə dayanmalısan və ya maşını yalnız 5-10 sürəti ilə hərəkət etdirə bilərsən. O, çox aşağı sürətlə binaya dönən vaxt yaşlı bir qadının maşına tərəf gəldiyini görüb maşını saxlayıb və həmin qadın maşına toxunandan sonra özünü yerə yıxıb. Bunu həmin anda məscidə namaz qılmağa gələn mömin insanlar görüb və onu tez ayağa qaldırıblar. Günel isə maşından düşüb onun vəziyyəti ilə maraqlanıb. İbadətə gələnlər ona bildiriblər ki, xala, səni tanıyırıq, gəl səni aparaq evinə, ancaq qadın israrla bildirib ki, məni məhz bu qız aparmalıdır. Günel onu maşınına qoyub Respublika klinik xəstəxanasına aparıb. Yolda 1928-ci il təvəllüdlü, 86 yaşlı Adilə Səlimova bildirib ki, əgər sınığı olsa şikayət edəcək, olmasa, şikayətçi deyil. Ancaq bunun müqabilində 300 manat pul alacaq. Günel bildirib ki, günah yoxdur və pul verəsi deyil. Təxminən 15:30-da Adilə xanım rentgen olub. Müayinə edən həkim onda heç bir şeyin olmadığını, yalnız duzlaşma olduğunu bildirib və duzlaşmaya müalicə kimi maz və tabletka yazıblar. Xəstəxanadan Adilə xanım taksi ilə evinə yola salınıb. Bu müayinələr olub xəstəxananın qəbul otağında, əgər Adilə xanım ağır xəsarət almışdısa, onu niyə evə buraxırdılar, bircə mərtəbə yuxarıda tramvatologiya şöbəsi yerləşir, elə qəbul edərdilər həmin şöbəyə. Məsələnin təfsilatı bundan ibarətdir. Rentgen müayinəsinin və onun mütəxəssis həkim tərəfindən təsdiq olunmuş təsviri bizdə vardır. Sadəcə məsələ araşdırma mərhələsində olduğu üçün biz bunları mətbuata təqdim etmirik. Mən onu da əlavə etmək istəyirim ki, neçə yaşı olmasından asılı olmayaraq hər bir insanın həyatı qiymətlidir və ona zərər yetirmək olmaz. Lakin bütün baş verənləri hakimiyyət orqanlarının təxribatı olduğunu da istisna etmirəm. Bu barədə dəlillərimiz var, hadisəni görmüş şahidlər bəlli şəxslərdir və mömin insanlar olduğu üçün yəqin ki, gördüklərini olduğu kimi deyəcəklər. Məni və ailə üzvlərimi izləyən maşınların markasından tutmuş, tanınma nişanlarına qədər hər şey qeydə alınıbdır. Baxmayaraq ki, bu tanınma nişanları da çox vaxt saxta olurlar. Düzünü deyim ki, üstümüzə sürüləcək KaMAZ-dan ehtiyatlanırdım. Təşəkkür edirəm ki, daha yüngül forma seçiblər. Bütün bunlar hamısı mənim tənqidi çıxışlarım, hakimiyyətə qarşı sərt mövqeyim, Leyla xanımı və digər siyasi məhbusları ardıcıl müdafiə etməyim, ən nəhayət Milli Şuradakı fəaliyyətimlə bağlıdır”.

 

 

 


Cəmil Həsənli isə “Azadlıq”a açıqlamasında bildirib ki, Ehsan Zahidovun dedikləri həqiqətə uyğun deyil: "Hadisə baş verən zaman post-patrul xidmətinin əməkdaşları həmin ərazidə olublar, baş vermiş hadisəni gözləri ilə görüblər və Adilə xanım xəsarət almadığından məsələyə ciddi münasibət bəsləməyiblər. Günel xanım Adilə Səlimovanı xəstəxanaya ərazidə olan polis işçisi ilə bərabər aparıb. Yəni Adilə xanımla yanaşı polis əməkdaşı da Günelin maşınında olub və xəstəxanaya bir yerdə gediblər. Ona görə də burada hadisəni gizlətməkdən söhbət belə gedə bilməz. Əgər prosesdə polis işçisi bilavasitə iştirak edibsə, hansı yalan danışmaqdan söhbət gedə bilər? Bir də ki xəbər ola bilsin, Ehsan Zahidova təzə çatır, amma hadisə baş verən kimi polis onu araşdırıb. Araşdırma 26-cı polis bölməsində aparılıb və təxminən bir həftə əvvəl iş Yasamal Rayon Polis İdarəsinə təhvil verilib. Bundan sonra da orada müvafiq araşdırma başlayıb.
Yaxşı olar ki, Ehsan Zahidov açıqlama verdiyi məsələ haqqında doğru-düzgün məlumatlar toplasın, sonra danışsın. Onun açıqlamasının özü də hadisənin siyasi mülahizələrlə tərədildiyinə daha bir sübutdur”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam