Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Mafiozlar arasında atışmada polis zabitini ürəyindən vuran Mahir Şükürov hadisə yerinə aparıldı

 

Mafiozlar arasında atışmada polis zabitini ürəyindən vuran Mahir Şükürov hadisə yerinə aparıldı

 

Türkiyədə təxminən üç il əvvəl mafiya üzvləri arasında küçədə baş vermiş silahlı toqquşmaya müdaxilə edən polis zabitini ürəyindən vuraraq öldürməkdə ittiham olunan Azərbaycan vətəndaşı hadisənin baş verdiyi yerdə istintaq eksperimentinə cəlb edilib

Yenixeber.org: Ədirnədə azərbaycanlı və rus mafiya üzvləri arasında baş vermiş silahlı qarşıdurmaya müdaxilə edərkən ürəyindən vurularaq öldürülən türk polisi, 33 yaşlı Hüseyn İmrağın qətlinə görə mühakimə olunan 41 yaşlı azərbaycanlı Mahir Şükürov hadisə yerinə aparılıb.

İttihamlarlarla razılaşmayan M.Şükürovun ifadəsinə görə, polisin həlak olduğu küçəyə gələndə iki nəfər onun qarşısına çıxaraq söyüş soyüb. Onlardan biri silahdan atəş açıb. M.Şükürov "Mən geri çevrilib qaçdım" deməklə kifayətlənib.

2014-cü ildə Ədirnədə baş vermiş silahlı qarşıdırmada polis məmuru Hüseyn İmrağ həlak olub. Cinayətdə şübhəli bilinən, barəsində ömürlük həbs cəzası istənilən Mahir Şükürov polislərin müşayəti ilə həbsxanadan ötən gün aprelin 6-da qətl hadisəsinin baş verdiyi əraziyə gətirilib.

Ədirnənin 1-ci Ağır Cəza Məhkəməsi başçısı Bülent Çelik və məhkəmə heyəti insidentin baş verdiyi küçələri gəzib. M.Şükürovdan qətllə bağlı sualları cavablandırması tələb olunub. Polis məmurunun öldürüldüyü küçəyə gəldikdə M.Şükürov atışma zamanı qaçdığını deyib:"Qarşıdırma zamanı qaçdım. 25-30 metr irəlidə qarşıma iki nəfər çıxdı. Onlardan birinin əlində silah vardı. Silahsız olan məni göstərib geri çəkildi. Əlində silah olan isə söyüş söyərək atəş açmağa başladı. Maşınım olmadığına görə geri çevrilib qaçdım. Onların arxamca gəldiklərini zənn edirdim. Yaxınlıqda məscid vardı, ora girdim, geri çevrilib baxdım, heç kim yox idi. Qapıda bir nəfərlə toqquşdum, yerə yıxıldım. Sonra taksiyə minib oradan uzaqlaşdım".

Ədirnə prokuroru Çingiz Özüklü 1-ci Ağır Cəza Məhkəməsi qarşısında iddia qaldıraraq Mahir Şükürovun ömürlük azadlıqdan məhrum edilməsini tələb edib, Şaban Ərdoğana isə silahla yaralama ittihamı ilə 2 ildən 5 ilə qədər həbs cəzası verilməsini istəyib. Həmçinin, təqsirləndirilənlərdən Dursun Gündüz, Şaban Ərdoğan, azərbaycanlı Namiq Umudov və Quara Əliyev ilə Rusiya vətəndaşı Ceyhun Əsgərov barəsində odlu silah gəzdirmə ittihamı ilə 1 ildən 3 ilə qədər həbs və 5 min lirə pul cəzası ilə cəzalandırılmasıyla bağlı qərar çıxarılmasını məhkəmədən tələb edib. Adları çəkilənlərlə birgə mühakimə olunanTufan Alpay haqqında isə digər təqsirləndirilənlərin silahlarını saxlama ilə 6 aydan 5 ilə kimi həbs cəzası, qanunsuz silah saxlamasına görə isə 1 ildən 3 ilə qədər həbs və 5 min lirə pul cəzası ilə cəzalandırılmasını istəyib.

Polis məmuru Hüseyn İmrağ həlak olanda onun həyat yoldaşı hamilə olub. Doğulan körpəyə atasının adı verilib.

Xatırladaq ki, Ədirnə Mütəşəkkil Cinayətkarlığa Dair Mübarizə İdarəsinin əməkdaşı H.İmrağ 9 iyun 2014-cü ildə silahlı qarşıdurmaya müdaxilə edərkən şəhid olub. Hadisə ilə bağlı saxlanılan15 nəfər sonradan sərbəst buraxılıb. Polis məmurunu öldürməkdə ittiham olunan M.Şükürov isə iyunun 18-də pizzaçı adıyla qapını döyən pilis əməkdaşı tərəfindən saxlanılaraq həbs edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam