Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Bakıda gənc yoxa çıxdı -Müdiri onu pula görə incidirmiş – FOTO

 

Bakıda gənc yoxa çıxdı -

 

Bakının Xəzər rayonu, Türkan qəsəbəsinin sakini 1996-cı il təvəllüdlü Balayev Balabəy Azər oğlu itkin düşüb

Yenixeber.org:  Yaxınlarının verdiyi məlumata görə, Balabəy Balayev Günəşli qəsəbəsində "Şah" Oil yanacaqdoldurma məntəqəsində işləyib. Aprelin 4-ü oradan çıxıb, bir daha geri qayıtmayıb.

Yaxınları bildirir ki, onun itməsi ilə bağlı Xətai rayonu 35-ci Polis Bölməsinə rəsmi müraciət edilib. Qohumu Vüqar Eminov deyir ki, Balabəyi həmin yanacaqdoldurma məntəqəsinin müdiri Vidadi adlı şəxs incidirmiş: "Hər dəfə deyirmiş ki, sən işlədiyin növbədə benzində əskiklik yaranır. 4 dəfə uşaq evdən ayrı-ayrı məbləğlərdə pul alıb, Vidadi müəllimə verib. Sonuncu dəfə isə Vidadi müəllim Balabəyin atasına zəng vurub deyib ki, oğlunun 431 manat pulu əskik gəlir, həmin məbləği də götür gəl.

Atası Vidadi ilə danışdıqdan sonra oğlu Balabəyə zəng edib deyib ki, oğlum narahat olma, yarım saata gəlirəm. Bundan sonra, aprelin 1-də Balabəy əynində olan sport geyimi ilə ordan gedib, heç bir xəbər yoxdur. Atası məntəqəyə çatanda, Balabəy gedibmiş. Atası oğlunu Vidadidən soruşub, o da cavab verib ki, xəbəri yoxdur, hara getdiyini bilmir". Vüqar Eminov deyir ki, itkin düşən gəncin anası bütün günü ağlayır: "Ağlamaqdan qadın birtəhər olub. Balabəy hardadırsa, bu məlumatı oxuyursa, ailə üzvlərini intizarda saxlamasın, qayıtsın".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam