Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda 200 nəfəri aldadan qadın lombard sahibi məhkəmə zalında həbs edilib

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dürrə İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb

 

Yenixeber.org: Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə D.İsmayılova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında D.İsmayılovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, Xətai rayonu ərazisində lombard fəaliyyəti ilə məşqul olan Dürrə İsmayılova dələduzluq nəticəsində insanların onun işlətdiyi lombarda girov qoyduğu əmlakı mənimsəyib.

D.İsmayılova lombard fəaliyyəti ilə məşqul olduğu müddətdə vətəndaşlara ümumilikdə 300 min manatdan artıq maddi ziyan vurub. Onun əməlindən 200 nəfər zərər çəkib.

İstintaq dövründə D.İsmayılovanın barəsində həbs qətimkan tədbiri seçilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam