Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İsmayıllı məhbusları azadlığa buraxıldı

 

 

    Bu gün Şəki Apellyasiya Məhkəməsində “İsmayıllı işi” üzrə növbəti məhkəmə iclası keçirilib

 

     "Xeberinfo.com": Bu barədə İsmayıllı hadisələri zamanı həbs olunan Tofiq Ayqublunun qızı Nigar Yaqublu özünün facebook hesabında məlumat yayıb.
       N.Yaqublu bildirib ki, məhkəmənin qərarı ilə Tofiq yaqublu və Real hərəkatının sədri İlqar Məmmədov həbsdə saxlanılıb: “Anar Həsənov və Qəmbər Ağamalıyev məhkəmə zalından azadlığa buraxıldı”.
     Qeyd edək ki, bu il yanvarın 23-də «Çıraq» otelinin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov yerli sakinləri təhqir etmişdilər. Etirazçılar «Çıraq» otelini yandırıblar. Bundan sonra bir qrup sakin oteli və onun həyətində olan xarici markalı maşınları yandırmışdı. Yanvarın 24-də isə yerli sakinlər rayon icra başçısının istefası tələbilə etiraz aksiyasına başlamış və olay təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilmişdi. İlqar Məmmədov və Tofiq Yaqublu yanvarın 24-də vəziyyətlə tanış olmaq üçün İsmayıllıya getmişdilər. Sonra onlar həbs edilmişdilər. İsmayıllı hadisələrinə görə tutulanlar «külli miqdarda əmlakı məhvetmə», «kütləvi iğtişaşlar təşkiletmə, bu cür hərəkətlərdə fəal iştiraketmə» və «hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiqetmə» maddələri ilə itiham olunub.  
İlqar Məmmədov 7, Tofiq Yaqublu 5, Qəmbər Ağamalıyev 4 il 6 ay Anar Həsənov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam