Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

“Oğlumun həyatı təhlükə qarşısındadır”

 

“Mənim oğlum, 12- saylı CÇM-də cəza çəkən məhkum Bayramın həyatı ciddi təhlükə qarşısındadır” 

"Xeberinfo.com": Şəmkir rayonu Çinarlı qəsəbəsi sakini Abdullayeva Fatma Əziz qızının AzPolitika.info-ya müraciəti belə başlayır. Şikayətçi yazır ki, 12-saylı CÇM-nin rəisi Rauf Məmmədov və onun müavini Qaçay Aslanov əlbir olaraq korrupsiya şəbəkəsi yaradıblar, bundan da imkansız məhkumlar əziyyət çəkirlər.

“İmkanı olub istənilən pulu verə bilən məhkumlar istədikləri hərəkətləri edə bilirlər, imkansız məhkumlar isə zülm, əziyyət çəkirlər. Rəhbərlik qəsdən oğlumla düşmən olan Elçin adlı məhkumu onunla bir yataqxanaya yerləşdirib ki, istədiyi pulu ala bilsin. Şəxsən müavin Qaçay Aslanov oğlum Bayramdan pul istəyib ki, Elçin adlı məhkumu başqa yataqxanaya keçirsin. Ancaq bizim istənilən pulu verməyə heç bir maddi imkanımız yoxdur, pensiyaçıyam, çox ağır şəraitdə yaşayırıq.”

Məhkum anası bildirir ki, bununla bağlı “yuxarılara” müraciətlərinin də, hələ ki, heç bir nəticəsi yoxdur. “Mən də, oğlum Bayram da Penitensiar Xidmətin rəisi Mədət Quliyevə ərizə ilə müraciət edib, Bayramın Şəki Penitensiar Müəssisəsinə köçürülməsinə kömək etməsini xahiş etmişdik. Ərizəmizə cavab olaraq bildirildi ki, həmin müəssisə istifadəyə veriləndə müraciətiniz nəzərə alınacaq. Ancaq Şəki Penitensiar Müəssisəsi istifadəyə verilsə də, oğlum Bayramı oraya köçürmədilər. Qeyd edim ki, 12- saylı CÇM-də hər şey pulludur. Özbaşınalıq, korrupsiya, qanunsuzluq baş alıb gedir. Bütün bunların başında rəis Rauf Məmmədov və müavin Qaçay Aslanov dayanır. Mən Penitensiar Xidmətin rəisi Mədət Quliyevdən xahiş edirəm bizə kömək etsin. Oğlum Bayramın həyatı ciddi təhlükədədir, xahiş edirəm bizə kömək edin!”

Şikayətlə bağlı 12 saylı CÇM-nin rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam