Redaktor seçimi
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Günün xəbəri

Ötən il kriminal aləmdə tanınan 31 şəxs cinayət məsuliyyətinə cəlb olunub,polisə silahlı müqavimət göstərən 2 nəfər zərərsizləşdirilib

 

Ötən il həyata keçirilən kompleks profilaktik tədbirlər nəticəsində cinayətlərin ümumi sayı 2016-cı illə müqayisədə 2.7 faiz azalıb

 

Yenixeber.org: Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənəddə qeyd olunub ki, prokorururluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalan cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri uğurla davam etdirilərək 418 cinayətin açılması təmin edilib.

Bildirilib ki, ümumilikdə, polisin əsas funksiyalarından olan cinayətlərin aşılması, 2016-cı illə müqayisədə, hesabat ilində 2.6 faiz yaxşılaşaraq 85.8 faiz təşkil edib.

Məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 3415 nəfər (2016-cı ilə nisbətən 13 faiz çox) təqsirləndirilən şəxs tutulub. İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilən 76 nəfərin yeri müəyyən olunub. Bütövlükdə axtarış işinin göstəricisi 71.4 faiz təşkil edib.

Hesabat dövründə müxtəlif cinayətlər törədən 13 min 822, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 2 min 454 şəxs məhkəmə məsuliyyətinə verilib.

Hesabatda vurğulanıb ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, 1028 cinayətkar qrup zərərsizləşdirilib, kriminal aləmdə tanınan 31 şəxs cinayət məsuliyyətinə cəlb olunub, polis əməkdaşlarına silahlı müqavimət göstərən 2 nəfər məhv edilib.

Hesabat dövründə ölkə üzrə qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 332 fakt müəyyən edilib, həmin cinayətlərə görə 151 nəfər məsuliyyətə cəlb olunub. Əllərdə qanunsuz saxlanılan 839 odlu silah və 25 minə yaxın patron götürülüb.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam