Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nardaranlılara silah qadağası?

 

 

     "Xeberinfo.com": Ölkədə silah satışı ilə məşğul olan dükanlar Bakının Nardaran qəsəbə sakinlərinə silah satmaqdan imtina edir. Moderator.az-ın yazdığına görə, buna səbəb “yuxarılardan” ovçu dükanlarına bu barədə edilən xəbərdarlıqdır.

   Mənbənin bildirdiyinə görə, Nardaran etiraz aksiyaları və hüquq-mühafizə orqanları ilə qarşıdurmaların digər bölgələrə nisbətən daha tez-tez yaşandığı məkan olduğundan hakimiyyət qəsəbə sakinlərinin silahlanmasından ehtiyat edir. “Yuxarılar” belə düşünür ki, ümumi problemlərlə bağlı daim həmrəylik sərgiləyən qəsəbə sakinlərinin silahlanması gələcəkdə etiraz aksiyalarının silahlı qarşıdurmaya çevrilməsinə səbəb ola bilər ki, bu da güc orqanları üçün əlavə problem deməkdir. Məhz bu səbəbdən də qeyri-rəsmi formada Nardaran sakinləri ilə bağlı məlum qadağa gündəmə gətirilib ki, bu da qəsəbə sakinlərinin silah sahibi olmasını əngəlləyir.

 

Məsələylə bağlı Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimovla əlaqə saxladıq. O bu xəbərə inanmadığını söylədi: “İnanmıram ki, belə bir şey olsun. Yəni Nardaran camaatını məxsusi olaraq ayırsınlar. Nardaran camaatının həm də ov tüfənglərinə ehtiyacı yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam