Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda gənclər arasında kütləvi dava

kutlevi-dava1Bakının mərkəzində “Tarqovıy” adı ilə tanınan küçədə kütləvi dava olub.

Xeberinfo.com:   Məlumata görə, dünən gecə saatlarında Nizami küçəsi 43 ünvanının qarşısında bir qrup gənc arasında insident olub. Dava-dalaşı Çevik Polis Alayının ərazidə xidmət aparan əməkdaşları dayandırıb. Xəsarət alan Türkiyə vətəndaşı, 1983-cü il təvəllüdlü Gökhan Gököz Tarık və Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Mustafayev Rafael Ramiz oğluna tibbi yardım göstərilib.

İlkin araşdırma nəticəsində adları yuxarıda qeyd edilən şəxslərlə yanaşı, Türkiyə vətəndaşı, 1991-ci il təvəllüdlü Yunis Emre Tekellek və 1992-ci ildə anadan olmuş Dökgöz Ahmet Gülbak oğlunun da davada iştirak etdiyi məlum olub.

Hadisənin iştirakçısı olmuş digər şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Kütləvi davanın hansı səbəbdən baş verdiyi araşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam