Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

Özünü yandıran ər-arvada görə İcra başçısı qorxuya düşüb

 

  Prezident Administrasiyasının qarşısında həyat yoldaşı, müharibə veteranı Elçin Salahovla birlikdə özünü yandıran Jalə Salahovanın vəziyyəti ağırdır.

   "Xeberinfo.com": Məlumata görə, bu haqda "Azadlıq" radiosuna Elçin Salahovun bacısı Yeganə Mahmudova xəbər verib. Onun sözlərinə görə, qardaşının vəziyyəti yaxşılığa doğru irəliləsə də Jalə Salahova hələ də reanimasiyadadır: "Qardaşımda ağrılar olsa da həkim zəmanət verir ki, sağalacaq. Jalənin yanına heç kimi buraxmırlar. Həkim deyir ki, vəziyyəti ağırdır və sağalma ehtimalı da azdır".

     Yeganə Mahmudova bildirir ki, avqustun 13-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları xəstəxanaya gələrək qardaşına baş çəkiblər: "Bir az maddi yardım ediblər. Deyiblər ki, narahat olmasın, hər şey düzələcək. Bu gün də zəng vurub deyiblər ki, qardaşımın özünü yandırmasına səbəb olan problemi həll ediblər. Bütün baş verənlərdən sonra nəyə lazımdır bunlar? Gəlinimiz sağalmayacaqsa, nəyimizə lazımdır? Gərək kimsə özünə qəsd edə, sonra haqq öz yerini tapa?"

Qeyd edək ki, müharibə veteranı Elçin Salahov həyat yoldaşı Jalə Salahova ilə birlikdə avqustun 13-də Prezident Administrasiyasının qarşısında özünü yandırıb. Cütlüyün yaşadıqları evdən çıxarılmaları ilə bağlı məhkəmə qərarına etiraz olaraq bu addımı atdığı bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam