Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Daha bir baş redaktor həbs təhlükəsində

 

     Bu gün PİA.AZ-ın baş redaktoru Azər Qaramanlıya Yasamal rayon məhkəməsindən hakim Anar Rzayevin köməkçisi zəng edərək bildirib ki, 25 saylı Gəncə TSEK-in sədri Fəridə Abdullayeva onu xüsusi ittihamla məhkəməyə verib və məhkəmə iyunun 23-nə təyin olunub

      "Xeberinfo.com": Artıq neçənci dəfədir ki, məhkəmə orqanları qanunsuz olaraq mətbuatla bağlı şikayətləri icraata götürürlər. Əlbəttə ki, vəiəndaş Fəridə Abdullayevanın bizi məhkəməyə verməsi tam hüquq normalarına uyğundur. Amma qanunvericiliyə görə Fəridə Abdullayeva baş redaktorun qeydiyytda olduğu rayon məhkəməsinə müraciət etməlidir. Ona görə də Yasamal rayon məhkəməsinin bu işi icrata götürməsi tamamilə qanuna ziddir və işə icraata götürən hakim bununla Azərbaycan qanunvericiliyindən irəli gələn hüquqi prosedoru pozmuş olub. Xatırladaq ki, bir neçə həftə əvvəl «Gunxeber.com» saytının baş redaktoru Zabil Müqabiloğlu haqqında Nərimanov məhkəməsində qaldırılan iddia da qeyri qanuni olaraq icraata götürülüb.

Qeyd edək ki, Qarabağ müharibəsi Veteranları və Əlilləri Cəmiyyətinin Daşkəsən rayon şöbəsinin sədri İsmayılov Bəxtiyar Nəcəf oğlu 25 saylı Gəncə TSEK-in sədri Fəridə Abdullayevanı onun bacısından 7500 manat həsmində rüşvət almaqda ittiham edir və bu iddia PİA.AZ saytında Bəxtiyar İsmayılovun adından dərc olunub. 

Onu da bildirək ki, son zamanlar xüsusi ittiham qaydası ilə mətbu orqanların məhkəməyə verilməsi halları da artmağa başlayıb. Bununla bağlı ölkə rəhbərliyi və Mətbuat Şurasının mövqeyi maraq doğurur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam