Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Rabitə işi" yenə təxirə salındı -təqsirləndirilən şəxsin vəziyyəti ağırdır

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi təxirə salınıb.

Yenixeber.org:  Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilməli olan məhkəmə prosesi təqsirləndirilənlərdən "Təmir Təchizat Servis” MMC-nin direktoru olmuş Bayram Vəliyevin iştirak etməməsi olub.

Buna səbəb onun səhhətinin ağır olmasıdır. Bayram Vəliyev məhkəməyə xərəkdə gətirilib. Lakin onu məhkəmə zalına gətirmək mümkün olmayıb.

Hakim Əfqan Hacıyev qeyd edib ki, dünən Müalicə Müəssisəsi ilə danışılıb və oradan deyilib ki, Bayram Vəliyev məhkəməyə gələcək və sərbəst şəkildə iştirak verəcək. Amma bu gün B.Vəliyev prosesdə iştirak edə bilməyib.

Təqsirləndirilən şəxs olmadığından məhkəmə aprelin 12-nə təxirə salınıb.

Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam